Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU
Icma.az, Bizim media saytına istinadən bildirir.
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı (2021-ci ildən) tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 mini rəsmiləşdirilib.
Bu barədə Bizim.Media-ya Fonddan məlumat verilib.
Bildirilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 %-ni sosial, 65 %-ni isə standart növ təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69 %-i bakalavriat, 23 %-i magistratura, 7 %-i orta ixtisas, 1 %-i isə peşə təhsili səviyyəsinin payına düşür.
Fondun fəaliyyətinin sosial təsirini əks etdirən mühüm göstəricilərdən biri də gender bölgüsüdür.
Kredit müqavilələrinin 64 %-i qadın, 36 %-i isə kişi tələbələr üçün rəsmiləşdirilib. Bu göstərici Fondun xüsusilə qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını göstərir.
Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq kredit məbləği xərclənib, bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb.
Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial növ təhsil tələbə krediti təşkil edir, 1,9 milyon manatdan artığı isə sığorta məbləği olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 İyun 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















