Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Məktəblərdə hicabla bağlı müzakirələr fonunda vahid geyim qaydalarının tətbiqi və dünyəvi təhsil prinsipi yenidən gündəmə gəlib.
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarında hicab birbaşa qeyd olunmasa da, məktəbli formasının vahidliyini pozan və dünyəvi təhsil prinsipinə uyğun olmayan geyim elementləri ilə bağlı tələblər müzakirələrə səbəb olub.
Bəs bu qərar təhsil mühitinə necə təsir edəcək?
“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov məktəblərdə vahid geyim tələblərindən danışıb.
O bildirib ki, məktəblərdə hər kəs müəyyən olunmuş geyim normalarına əməl etməlidir:
“Nazirlər Kabinetinin qərarında bu məsələlərə konkret aydınlıq gətirilir. Söhbət ondan gedir ki, həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər.
Məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir. Qərarda açıq-aydın göstərilib ki, qısa ətəkli paltarların geyinilməsi, idman üslubunda məktəbə gəlmək qəbulolunmazdır".
Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan təhsili dünyəvi xarakter daşıyır:
"Bu mənada qərarın hədəfi və məqsədi məktəbdə səliqəli geyimin təmin olunmasıdır. Eyni zamanda, məktəbə aidliliyin qorunmasıdır.
Eyni zamanda, məktəb sadəcə təhsil müəssisəsi deyil, həm də tərbiyə müəssisəsidir. Burada müəllim öz şagirdi üçün nümunə olmalı, bunu öz fəaliyyətində və davranışında əks etdirməlidir”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: məktəbli geyimi Ceyhun Məmmədov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:585
Bu xəbər 10 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















