Icma.az
close
up
RU
Təhsil nailiyyətləri yüksək olan ölkələrdə tətillər qısadır Emin Əmrullayev

Təhsil nailiyyətləri yüksək olan ölkələrdə tətillər qısadır Emin Əmrullayev

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan təhsil sistemi sovetdən miras qalmış bir sistemdir:

"Azərbaycanda tədris ili o qədər də uzun deyil. Bəzi təhsil nailiyyətləri daha yüksək olan ölkələrdə çox qısa yay tətilləri görürük. Biz daha uzun müddətli yay tətili ilə əhatə olunuruq. Yaxud, fərz edək ki, dərs yükü çoxdur, onda, deməli, azaldılmalıdır. Nəyi azaltmaq? Biz bu tipli suallarla qarşılaşırıq.

Azərbaycan təhsil sistemi sovetdən miras qalmış bir sistemdir. Yəni tədrisin təşkili, tədris planları fənlərin həftəlik tədris yükü ilə müəyyən olunur ki, fizika 2 saat, kimya 2 saat, biologiya 2 saat və s. Həmin dərs saatlarının sayı da müəllimlərin əməkhaqqısını müəyyən edir. Bu öz-özlüyündə məsələni bir qədər də mürəkkəbləşdirir. Ən vacib sual isə nədən ibarətdir? Məzmun nə qədər gələcəklə səsləşir və gələcəyə uyğundur. Bir tərəfdən əgər nəsə uyğun deyilsə, deməli, onu çıxarıb yenisi ilə əvəz etmək lazımdır.

Yəqin ki, bu müsahibədən sonra müzakirələr başlayacaq. Azərbaycan tədrisində, yaxud tədrisin məzmununda hansı məqamlar var ki, onları cəmiyyət yekdilliklə çıxarmağın tərəfdarıdır? Məsələn, hansı fənni çıxartsaq, Azərbaycan təhsilinin məzmunu daha uyğun olar? Müzakirələrdə səsləndirilən fikirlər qeyri-müəyyənlikdən daha çox müəyyənliyə doğru getsə, faydalılığı artar. Biz çalışırıq ki, bu model dəyişsin və Azərbaycan təhsilinin təşkili adambaşı maliyyələşmə sisteminə keçid prosesində daha çevik mexanizmlərin tətbiqinə imkan versin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri