Icma.az
close
up
RU
Təhsil naziri Qobustandakı peşə təhsil korpusunda olub

Təhsil naziri Qobustandakı peşə təhsil korpusunda olub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub.

Elm  və Təhsil Nazirliyindən XQ-yə verilən məlumata görə, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və millət vəkili Şahin Seyidzadə ilə birgə korpusdakı mövcud emalatxanaların fəaliyyəti ilə tanış olub, tədris prosesini izləyib. Daha sonra planlaşdırılan yenidənqurma işləri və yaradılması nəzərdə tutulan yeni emalatxanalar barədə məlumat lövhəsinə baxış keçirilib.

Bildirilib ki, həyata keçiriləcək yeniliklər peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğun müasir tədris mühitinin formalaşdırılmasına xidmət edəcək.

Sonra nazir korpusun müəllim və tələbə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsilinin inkişaf istiqamətləri, praktiki təlim imkanlarının genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığı və tələbələrin məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev çıxışında peşə təhsilinin ölkənin iqtisadi inkişafı və əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir həmçinin müasir infrastrukturun yaradılması, innovativ yanaşmaların tətbiqi və istehsalatla inteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının vacibliyini qeyd edib.

Qeyd olunub ki, Qobustan korpusu region üzrə kənd təsərrüfatı və texniki istiqamətlərdə ixtisaslı kadr hazırlığını həyata keçirən struktur bölmə kimi fəaliyyət göstərir. Korpusda hazırda bitkiçilik mütəxəssisi, baytar texniki, dərzi, kompüterlərin təmiri üzrə texnik və geniş profilli traktorçu-maşinist ixtisasları üzrə tədris aparılır. 2025–2026-cı tədris ili üzrə həmin ixtisaslar üzrə korpusa 78 nəfər tələbə qəbul olunub. 2026–2027-ci tədris ili üçün mərkəz üzrə ayrılmış 660 sifariş yerinin 180-i Qobustan korpusu üçün nəzərdə tutulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov korpusun fəaliyyəti, tədris prosesi, ixtisaslar, tələbə kontingenti və inkişaf perspektivləri barədə məlumat verib. Direktor müavini həmçinin peşə təhsilində praktiki bacarıqların gücləndirilməsi, müasir ixtisasların inkişafı və məzunların əmək bazarına inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edib.

Səfər zamanı korpusun gələcək inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri