Təhsil nazirinin iddialarının arxasında fakt yoxdur
Icma.az bildirir, Azpost portalına istinadən.
“Təhsil naziri Emin Əmrullayevin mətbuata geniş müsahibəsində çoxsaylı iddialar var, amma arxasında fakt yoxdur“.
Azpost.info bildirir ki, bu barədə ekspert Rövşən Ağayev öz şərhində qeyd edib.
Onun sözlərinə görə, nazir son 10 ildə işə qəbul olunan müəllimlərin bilik səviyyəsinin mərkəzləşmiş imtahan sistemindən əvvəlki dövrdə işə götrülmüş həmkarlarından 15 dəfə yüksək olduğunu deyib, amma bu fərqin necə üzə çıxdığını izah etməyib: “Bu fərq necə üzə çıxarılıb? Sertifaktlaşdırmanın nəticəsinə əsaslanırmı? Əgər belədirsə, 2 nəslin orta balını deməklə iddianı faktla daha da gücləndirmək olardı”-deyə R. Ağayev vurğulayıb.
O deyib ki, nazir məktəblərin birləşməsindən əldə olunan fayda mənfi təsirlərindən daha çox olduğunu iddia edib, amma bunu ortaya çıxaran analizin nəticələri əsasında dəqiq faktlar səslənidrməyib.
“Nazir deyir ki, Təhsil Nazirilyi tədqiqat təşkilatı deyil, tənzimləyici siyasət qurumudur. Formal hüquqi baxımdan doğrudur, amma dünyada tənzimləyici qurumlar sübut əsaslı siyasət həyata keçirmək üçün məhz tədqiqatlara istinad edirlər. Söhbət heç akademik tədqiqatlardan da yox, policy araşdırmalardan gedir. Bunu özünün tədqiqat strukturları, ya da sifariş əsasında müstəqil tədqiqat mərkəzləri vasitəsilə də edə bilirlər”deyə ekspert yekunda vurğulayıb.
Baxış sayı:162
Bu xəbər 23 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















