Təhsil sahəsində dövlət ilə özəl sektorun tərəfdaşlığı müzakirə olundu
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Təhsilin İnkişafı Fondu hazırda 325 tələbə qıza aylıq təqaüd verir.
Bunu Teleqraf.com-un Cənub bürosuna açıqlamasında fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O xatırladıb ki, təqaüdün aylıq məbləği 200 manatdır: "Təqaüd proqramı bütün ali təhsil müəssisələrində təhsil alan qızlara şamil olunur. Xüsusən bölgələrdən olan, yüksək bal toplamış, yaxşı nəticələri və orta balları yuxarı olan tələbə qızların təhsilinə dəstək veririk".
Qeyd edək ki, dekabrın 17-də Lənkəranda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Fariz İsmayılzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, yerli sahibkarlar iştirak edib. Toplantıda təhsil sahəsində dövlət-özəl sektorun tərəfdaşlığı müzakirə olunub. Təhsilin İnkişafı Fondunun layihələri barədə təqdimat keçirilib, mümkün əməkdaşlıq formaları, əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi, birgə layihələrin hazırlanması barədə müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 17 Dekabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















