Icma.az
close
up
RU
Təhsil sahəsində YENİLİK Süni intellekt necə tətbiq olunacaq?

Təhsil sahəsində YENİLİK Süni intellekt necə tətbiq olunacaq?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq Azərbaycan da dünyada sürətlə yayılan süni intellekt dalğasına  qoşulur. Belə ki, ölkədə süni intellekt, robot texnologiyası müxtəif sahələrdə istifadə edilməyə başlayıb və bununla əlaqədar planlar da artır.
Məsələn, Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə yerli mətbuata verdiyi müsahibədə qeyd etdi ki, artıq fənlərin dövrü çoxdan bitib.  Müasir təhsil bunu tələb edir, təhsilə süni intellekt gətirilə bilər.
Nazirin bu açıqlaması bəzi müzakirələrə səbəb oldu. Xüsusilə müəllimlərə maraqlıdır ki, fənlərin dövrünün bitməsi nə deməkdir?
Əgər təhsilə süni intellekt gətirilərsə, bu, müəllimlərə necə aşılanacaq? İllərin təhsil ənənələrini dəyişmək mümkün olacaq?
Bizim.Media mövzuyla bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. Ekspert deyir ki, müasir təhsili süni intellektsiz təsəvvür etmək mümkün deyil.
“Hazırda XXI əsrin əsas siması hesab edilən süni intellektin təhsil sahəsinə tətbiqi dünyanın bir çox ölkələrində uğurla baş tutub. Süni intellekt müəllim, şagird və tələbələrə bir çox məsələlər istiqamətində çox ciddi yardımçı olmağı bacarıb.
Doğrudur, süni intellekt alətlərindən istifadə bəzən neqativ hallara yol açsa da, çağdaş təhsili bu alətlərsiz təsəvvür etmək mümkün deyil. Təəssüf ki, yerli təhsil mühitində müəllim, şagird və tələbələrdə süni intellekt alətlərindən istifadə o qədər də yüksək səviyyədə deyil.
Bir çoxları süni intellekt alətlərindən yalnız “google” axtarış sistemi səviyyəsində yararlanır və onun yeni məzmun yaratma, yeni ideya bankı hədiyyə etmə bacarığından istifadə etmirlər. Süni intellektdən yanlış istifadə, həqiqətən də, təhsilin gələcək inkişafına ciddi mane olur”.
“Süni intellekt müəllimlərə çox kömək edir”
“Süni intellekt təhsil prosesində istifadəçilərdə dərslərin planlaşdırılması, mövzuların tədrisi ilə bağlı proqramların hazırlanması bacarıqlarını  vərdiş halına çevrilməsi, müəllimlərə şagirdlərin qiymətləndirilməsi  kimi işlərdə çox yardımçı olur. Onun köməkliyi ilə  məktəb mühitində şagird diferensasiyası və administrativ tapşırıqları optimallaşdırmaq vərdişlərini gücləndirmək mümkündür.
 

Süni intellekt həmçinin şagirdlərdə dərslərə maraqlı məzmun və innovativ aspektdən hazırlaşmaq imkanlarının yaradılması, valideynlərdə şagirdlərin dərslərə hazırlaşmalarına yardımçı olmaq və onları nəzarətdə saxlamalarına dəstək göstərmək kimi işlərdə də yardımçı olur”,- deyə Elmin Nuri qeyd edib.


Bəs süni intellektin tətbiqi müəllimlər nə qazandıracaq?
Müsahibimiz deyir ki, bu proses müəllimlərə vaxta qənaət baxımından yardımçı olacaq:
“Süni intellekt tədris prosesində mütləq şəkildə tətbiq olunmalıdır. Onun düzgün tətbiqi müəllimlərin iş prosesi zamanı dərslərin hazırlanmasına sərf olunan vaxt 30–40% azalacaq. Üstəlik, müəllimlər şagirdlər üçün daha fərdiləşmiş və yaradıcı dərslər yarada biləcəklər. Ümumiyyətlə, biz gələcəyin təsirini qətiyyən süni intellekt olmadan təsəvvür edə bilmərik”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri