Icma.az
close
up
RU
Təhsil sektoru ilə əmək bazarı arasında uyğunsuzluq: səbəb nədir?

Təhsil sektoru ilə əmək bazarı arasında uyğunsuzluq: səbəb nədir?

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Elçin Bayramlı

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hər il 9-cu sinifdən kifayət qədər şagirdin təhsilini sona qədər davam etdirmək istəmədiyini və təhsilini bitirmədən əmək bazarına atıldığını deyib və əlavə edib ki, bu da şagirdlərin sayının azaldılmasına gətirib çıxarır. O, bildirib ki, mərkəzin saytında xüsusi testlər hazırlanıb və bu testlərin nəticələrinə uyğun olaraq proqram şagirdə öz əmək sahəsini müəyyənləşdirməyə kömək edir.

Bəli məlumdur ki, bu gün əksəriyyət öz ixtisasına uyğun gəlməyən sahələrdə işləyir. Kim harada gəldi nə iş tapırsa, orada işləyir, hansısa kursun təlimlərində və ya praktikada öyrənir. Ali məktəblər bir tərəfdən 100 minlərlə insanı əmək bazarına buraxır və çoxu da öz ixtisası üzrə iş tapmır.

İnsanların hansı sahəyə potensialı varsa, onlar bunu bilir, araşdırır və valideynlər də o sahədə uşaqlarının təhsilinə kömək edirlər. Bundan sonra da əmək bazarında həmin sahələr üzrə iş tapa bilənlər işləyir, tapa bilməyənlər isə istənilən bir sahədə iş tapıb işləyir.

Hansısa müxtəlif eksperimentlər bir o qədər ciddi nəticə vermir və Azərbaycan psixologiyasında, xüsusilə ölkənin real şəraitindəki mühitdə belə şeylər yaramır. Hər şey bazara uyğun, reallığa uyğun, özü avtomatik tənzimlənir.

Ölkənin əmək bazarında məşğulluq məsələləri, iqtisadi aktivlik hansı səviyyədədirsə, o dərəcədə də işçi, mütəxəssis ehtiyacı olacaq. Deyək ki, deyilən məsələlər düzgün şəkildə yönəldildi, 20 min nəfər mütəxəssis buraxıldı. Bazarda isə 200 nəfərə ehtiyac var. Bəs digərləri nə etməlidir?

Bu DİM-in, ya da ETN-in həll edə biləcəyi məsələ deyil. Ona görə də, belə hoqqabazlıqlardansa, yaxşı olar ki, bu orqanlar məktəblərdə yüksək səviyyədə təhsil və ədalətli imtahan sistemini təşkil etsinlər.

İmtahanların keyfiyyətli, şəffaf keçirilməsini, həmçinin şagirdlərin psixometrik yox, psixoloji müayinəsini təşkil etsinlər, çünki bu gün məktəblər biabırçı vəziyyətdədir. Özbaşınalıq, psixoloji problemli şagirdlər, kriminal hərəkətlər baş alıb gedir. Bu kimi ciddi məsələlər həllini tapmalıdır. Məktəblərdən alınan tərbiyə funksiyası, müəllimlərin tapdalanmış hüquqları bərpa olunmalıdır.

Məktəblərdə yuxarı siniflər təmayül sistemi ilə davam etsə, o zaman şagirdlər öz istedadlarının hansı sahəyə uyğun olduğunu görə biləcək və bu da onların həmin sahələri əvvəlcədən seçib orada irəliləyiş etməsinə, həmçinin rahat şəkildə ixtisas seçimində də kömək edəcək. Üstəlik, heç də hamı ali təhsil almalı deyil, uşaqları peşə təhsilinə yönəltmək lazımdır.

Bu gün məktəblərdə təhsilin keyfiyyətsizliyi ilə bərabər tərbiyə də aşağı vəziyyətdədir. Çox təəssüf ki, məktəblərdə uşaqlar özbaşına buraxılıb.

Təhsilin keyfiyyətində fundamental dəyişiklik olmalıdır, təhsil yükü mümkün qədər azaldılmalı və konkret təyinat üzrə yönəldilməlidir. Bu gün yuxarı siniflərdə ümumiyyətlə, dərslər keçirilmir. Son dövrlər təhsil sistemində aparılan bütün proseslər formaldır və heç bir mahiyyət daşımır.

Bir çox məktəblərin adi şəraitləri belə yoxdur. Bu yaxınlarda Tovuz rayonunun kəndlərindən birində baş vermiş hadisə bir daha buna sübutdur. Xarabalıq şəraitindəki bir məktəb qədimdən qalma soba ilə qızdırılır. 60-a yaxın uşaq tüstüdən zəhərlənib, xoşbəxtlikdən kütləvi ölüm hadisəsi baş verməyib.

İldə təhsilə dövlət büdcəsindən 5 milyard manat vəsait ayrılır. Məktəblər normal tədris ilə, daha sonra maddi-texniki baza, vəsait, avadanlıqlar və müxtəlif laboratoriyalar ilə təmin olunmalıdır. SSRİ dövründə məktəblərdə fizika, kimiya, biologiya kabinetləri, bir çox cihazlar və avadanlıqlar var idi, indi bunların çoxu məhv olub gedib.

Uşaqların psixi və fiziki sağlamlıqları təmin edilməlidir. Təhsildən də vacib tərbiyədir, əvvəl insan yetişdirmək lazımdır. Məktəblərdə ciddi nizam-intizam qaydalarını tətbiq edilməlik, təhsilin keyfiyyəti artırılmalı, müəllimlər öz ixtisasları üzrə düzgün formalaşdırılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri