Icma.az
close
up
RU
“Təhsil sistemində boşluqlar: problem haradadır və cavablar niyə “Feysbuk” da axtarılır?..”

“Təhsil sistemində boşluqlar: problem haradadır və cavablar niyə “Feysbuk” da axtarılır?..”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Verilən sual  nəyi göstərir?..”

“Çünki rəsmi hesabatlar ictimaiyyət üçün anlaşılan və qaneedici deyil, aparılan işlərin nəticələri görünmür, qərarvericilərlə vətəndaş arasında funksional kommunikasiya yoxdur...”

Sosial şəbəkələrdə tez-tez verilən “Təhsil sistemində hansı boşluqlar var və bunları necə həll etmək olar?” sualı sadə görünür, amma əslində bu  ictimai narahatlığın açıq  təzahürüdür.  Vətəndaş bu sualı ona görə "Feysbuk"(“Facebook") -da verir ki, institusional mexanizmlərdən cavab ala bilmir. Bu isə artıq problemin mahiyyətini açır: təhsildə boşluq təkcə məktəbdə, müəllimdə və ya proqramda deyil, idarəetmə və cavabdehlik sistemindədir.

“Facebook” niyə sorgu və cavab ünvanına çevrilib?..

“Facebook” və digər sosial şəbəkələr  nə elmi təhlil platformasıdır, nə dövlət siyasətinin formalaşdığı məkandır, nə də strateji qərarların müzakirə edildiyi rəsmi mühitdir. Buna baxmayaraq, cəmiyyət sualı məhz orada verir. Çünki rəsmi hesabatlar ictimaiyyət üçün anlaşılan və qaneedici deyil, aparılan işlərin nəticələri görünmür, qərarvericilərlə vətəndaş arasında funksional kommunikasiya yoxdur.  Bunlar klassik institusional boşluq simptomudur.  Maraqlısı budur ki, nazir də təhsilin xilasını sosial şəbəkələrdə axtarır.  Nazirin vaxtı ilə dediyi, “ … sosial  şəbəkələrdə biz təhsilə dair elmi  təkliflərə az rast gəlirik” fikri vaxtilə təhsil ictimaiyyətində təəccüb yaratmışdı. O vaxt biz bu məsələyə -  sosial  şəbəkələrdə təhsilə dair elmi  təkliflər axtarılmasına dair bir məqalə də yazmışdıq  (məqalənin adı: “ETN ARTİ-ni çökdürüb, FB-də elm axtarır?”).  

Resurslar var, bəs nəticə niyə yoxdur?..

Mətnin ən kritik hissəsi məhz buradadır. Azərbaycan təhsil sistemi resurs baxımından “yoxsul” deyil, çünki:

1. ETN-nin  illik təxminən 5 milyard manat büdcəsi,  

2. Tərkibində  4–5 Agentlik (MÜTDA, EATDA, PTDA, TKTDA və s.),

3. ARTİ – tədqiqat institutu,

4. TİF – Təhsilin İnkişaf Fondu,

5. 51 universitet – hər biri potensial tədqiqat mərkəzi,

6. AMEA-dan ETN-ə birləşdirilmiş 30–40 institut,

7. Üstəlik də  xarici  və daxili  dövlət qrantları və layihələr var.

Normal idarəetmə məntiqinə görə, bu qədər struktur  ildə onlarla fundamental və tətbiqi tədqiqat,  təhsil siyasətinə dair açıq analitik hesabatlar, sübut əsaslı elmi qərarlar təklif 

etməli idi.   Amma reallıqda cəmiyyət  bu suallara  hələ də cavab tapa bilmir: hansı problemlər təhlil edilib və  təkliflər verilib?  Hansı layihə təhsildə nəyi dəyişib? Hansı təhsil tədqiqatı  hansı qərara əsas olub?

Layihə bolluğu – nəticə yoxluğu paradoksu...

Nazirin vaxtilə parlamentdə səsləndirdiyi rəqəm xüsusilə düşündürücüdür:  

“İldə  təhsilə dair 700-ə yaxın layihə icra edirik,  bunlara 600 milyon manata yaxın vəsait xərcləyirik.”

Bu rəqəmlər iki ehtimal yaradır:  ya layihə anlayışı həddən artıq devalvasiya olunub, ya da layihələr nəticə yox, proses üçün icra edilir.   Hər iki halda problem eynidir: hesabatlılıq və təsir ölçümü yoxdur. Layihə problemi dəqiq tanımlamırsa, ölçülə bilən nəticə vermirsə, siyasətə təsir etmirsə, o, sadəcə büdcə xərcləmə mexanizminə çevrilir. Amma elmdən söhbət gedəndə nazirlik başqa cür danışır: biz prosesləri yox, nəticələri maliyyələşdiririk. Bəs nəticəsi görünməyən  700 layihəyə niyə 600 milyon israf edilib?.. 

Təcrübə artdıqca susqunluq niyə başlayır?..

Maraqlıdır,  nazirlik əvvəl açıqlanan rəqəmləri, sonradan isə bir daha səsləndirmədi? Bu, adətən üç səbəbdən olur:  rəqəmlərin ictimai reaksiyaya səbəb olması,  nəticəsiz xərclərin izah edilə bilməməsi, şəffaflığın riskli sayılması.  Bu onu  göstərir ki,  təhsilin idarəedilmə sistemi  öyrənən sistem kimi  deyil, özünü qoruyan sistem kimi işləyir.

Əsl boşluq  bəs  haradadır?..

Təhsil sistemində əsas boşluqlar bunlardır:

1. Sübut əsaslı siyasətin olmaması.  Qərarlar tədqiqatlara yox, inzibati intuisiya və situativ reaksiyalara əsaslanır.

2. Şəffaflıq və açıq hesabat mexanizmlərinin yoxluğu. Layihələr var, amma nəticələr açıq deyil.

3. Universitetlərin tədqiqat missiyasının formal qalması. 51 universitet var, amma milli təhsil siyasətinə real analitik töhfə görünmür.

4. İctimai dialoqun institusional deyil, spontan olması.  Vətəndaş sualı Facebook-da verir, çünki rəsmi platforma işləmir.

Bəs qaldırılan sual  harada verilməlidir?..

Vətəndaşın sualı səhv deyil. Ünvan yanlışdır – amma bu, vətəndaşın yox, sistemin günahıdır...

Əgər 5 milyardlıq büdcə, onlarla institut, yüzlərlə layihə  təhsil cəmiyyətinə aydın cavab verə bilmirsə, deməli, problem müəllimdə, şagirddə və ya valideyndə deyil, problem idarəetmə fəlsəfəsindədir.   Təhsil “Facebook” statusları ilə yox, açıq analitika, ölçülə bilən nəticələr və ictimai hesabatlılıqla idarə olunur. Bu mexanizmlər qurulmayana qədər suallar sosial şəbəkələrdə veriləcək, cavablar isə ya emosional, ya da təsadüfi qalacaq...

Dosent İlham Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri