Icma.az
close
up
RU
Təhsil xəritəsi ən çox, ən az şagird və məktəbi olan regionlar

Təhsil xəritəsi ən çox, ən az şagird və məktəbi olan regionlar

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024/2025-ci tədris ilinin başlanğıcında Azərbaycanda fəaliyyət göstərən dövlət ümumtəhsil müəssisəsələrinin sayı 4324 olub. 2025/2026-cı tədris ilinin əvvəlində isə bu say 4160-a enib. 

Statistikaya əsasən, azalma bütün məktəb növlərində qeydə alınıb. Belə ki, ibtidai məktəblərin sayı 245-dən 183-ə, ümumi orta məktəblərin sayı 752-dən 712-yə, tam orta məktəblərin sayı isə 3 310-dan 3 249-a düşüb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayı isə 17-dən 16-ya enib.

Bunun əsas səbəbi şagir azalması ilə izah edilir.  Göstərilən zamanlarda şagirdlərin sayında da azalma müşahidə olunub. Əgər 2024/2025-ci tədris ilinin əvvəlində dövlət ümumi təhsil müəssisələrində 1 milyon 671 min 100 nəfər təhsil alırdısa, 2025/2026-cı tədris ilinin əvvəlində bu göstərici 1 milyon 648 min 800 nəfər olub. Beləliklə, bir il ərzində şagirdlərin sayı 22 min 300 nəfər azalıb.

İqtisadi rayonlar üzrə ən çox dövlət ümumi təhsil müəssisəsi Lənkəran–Astara iqtisadi rayonunda fəaliyyət göstərir. Bu bölgədə 536 məktəb var. Sonrakı yerlərdə Quba–Xaçmaz (392), Qarabağ (385), Şəki–Zaqatala (353) və Mərkəzi Aran (342) iqtisadi rayonları qərarlaşıb.

Ən az məktəb isə Abşeron–Xızı iqtisadi rayonunda qeydə alınıb. Həmin iqtisadi rayonda 106 dövlət ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında 213, Dağlıq Şirvanda 214, Gəncə–Daşkəsəndə 241, Mil–Muğanda isə 245 məktəb var.

Şagird sayına görə Bakı şəhəri liderdir. Paytaxt məktəblərində 529 min 516 şagird təhsil alır. Sonrakı yerləri Abşeron–Xızı iqtisadi rayonu (151 min 992 nəfər), Lənkəran–Astara (119 min 457 nəfər), Qarabağ (99 min 829 nəfər) və Mərkəzi Aran (99 min 944 nəfər) tutur.

Ən az şagird isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Burada dövlət məktəblərində 38 min 821 nəfər təhsil alır.
Məlumatlar Dövlət Statistika Komitəsinin açıqlamalarına əsasən hazırlanıb.

Onu da vurğulayaq ki, son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması istiqamətində işlər aparılır. Elm və Təhsil Nazirliyi tərəfindən azsaylı şagirdi olan məktəblərin modullaşdırılması, bəzi məktəblərin isə birləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Son statistikada dövlət ümumi təhsil müəssisələrinin sayının azalması da bu prosesin davam etdiyini göstərir.
Qeyd edək ki, son iki tədris ilində Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin sayı ümumilikdə 228 vahid azalıb. Belə ki, 2023/2024-cü tədris ilində 4388 olan məktəblərin sayı 2024/2025-ci tədris ilində 4 324-ə, 2025/2026-cı tədris ilində isə 4160-a düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri