Icma.az
close
up
RU
Təhsildə ilk: Müəllimlər maaşını bu cür alacaqlar

Təhsildə ilk: Müəllimlər maaşını bu cür alacaqlar

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Emin Əmrullayevin müəllim əməyinin təşkili ilə bağlı təqdim etdiyi daimi və rəqabətli model Azərbaycan təhsilində uzun illərdən bəri qalan ən fundamental problemi – müəllimin sosial nüfuzunun, maddi vəziyyətinin və peşəkar statusunun zəifliyini hədəf alan ən sistemli islahatlardan biridir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
"İlk dəfədir ki, təhsili idarə edən şəxs müəllimin real problemini doğru diaqnozla müəyyən edir və bu problemi köklü şəkildə həll etməyə yönəlmiş struktur addım təklif edir. Bu, təkcə maaş artımı deyil; bu, təhsilin peşəkar əsaslara keçidi, müəllimin əməyinin dəyərinin bərpası və məktəbin idarəetmə fəlsəfəsinin yenilənməsi deməkdir".
O bildirib ki, bu modelin mahiyyəti göstərir ki, dövlət ilk dəfə olaraq müəllimi “saat yığan” yox, məktəbin daimi, məsuliyyətli, peşəkar işçisi kimi görmək istəyir:
"Bu, dünyanın yüksək nəticə göstərən ölkələrinin – Finlandiyanın, Estoniyanın, Koreyanın, Sinqapurun – keçdiyi yol ilə eyni fəlsəfəyə söykənən addımdır. Dünyada heç bir yüksək performanslı təhsil sistemi müəllimi yalnız “dərsi deyib çıxan” kimi görmür; əksinə, müəllimin gününün ən azı yarısı fərdi işə, metodik hazırlığa, planlaşdırmaya, layihələrə sərf olunur. Yeni model də məhz buna imkan yaradır.
Təhlilin ən vacib nəticəsi budur: müəllimlik peşəsinin nüfuzunun enməsinin əsas səbəbi dərs yükünün azlığıdır. Hazırda hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyirsə, bu nə peşəkar inkişafı, nə də sosial rifahı təmin edir. Bu halda müəllimin maaşı aşağı qalır, motivasiyası zəifləyir, məktəbə bağlılıq azalır. Yeni model isə 18–24 saatlıq stabil dərs yükü, qalan vaxtın isə pedaqoji-peşəkar fəaliyyətə sərfi ilə müəllimin həm maddi, həm də peşəkar dayanıqlığını təmin edir. Bu, müəllimin işini “saat bazarından” çıxarıb peşəkar əməyə çevirir".
Ekspert deyib ki, islahatın əsl gücü ondadır ki, könüllüdür, rəqabətlidir, keyfiyyət əsasında formalaşır:
"Yalnız sertifikasiyada yüksək bal toplamış, peşəkarlığı sübut edilmiş müəllimlər bu modelə daxil ola biləcəklər. Bu isə hər şeydən əvvəl məktəbdə keyfiyyət mədəniyyəti yaradır – yəni yüksək bilikli, motivasiyalı müəllimlər üçün xüsusi dəyər və üstünlük verilir. Bu, cəmiyyətin müəllimə baxışını da dəyişdirəcək: artıq müəllim zəhməti ilə, biliyi ilə seçilən, daimi iş yeri olan və yüksək əməkhaqqı ilə qiymətləndirilən peşə sahibi olacaq.
Bu məsələni illərdir yanlış izah edənlər, xüsusilə də “8 saatlıq iş modeli müəllimə zərər vuracaq” deyənlər anlayırlar ki, dünya təcrübəsində müəllimlərin iş günü elə 7–8 saatdır və bunun yarısı məktəbdə keçirilir. Bu, müəllimin həm sosial həyatını stabilləşdirir, həm də peşəkar hazırlığını artırır. Bizdə illərdir “saat yığımına” əsaslanan sovet mirası sistem müəllimin həm maddi, həm də mənəvi nüfuzunu aşağı salıb. Nazir də haqlı olaraq bildirir ki, bu sistem köhnəlib və davamlı ola bilməz".
Ekspertin sözlərinə görə, ilk dəfədir ki, təhsilin başında duran şəxs müəllimin real rifahını əsas hədəfə çevirir:
"Sözlə yox, mexanizmlə. İdeya ilə yox, model ilə. İlk dəfədir ki, islahat müəllimə “əməkdaş” kimi deyil, “təhsil sisteminin əsas dayağı” kimi yanaşır. İlk dəfədir ki, müəllimin nüfuzunu qaldırmaq üçün konkret addım təqdim olunur, təkcə maaş artımı yox, peşəkar statusun gücləndirilməsi nəzərdə tutulur.
Təhsil sistemi müəllimin vəziyyətindən asılıdır. Müəllim güclüdürsə, təhsil də güclüdür. Müəllim dəyər görürsə, məktəb də dəyər yaradır. Emin Əmrullayev uzun illərdir davam edən “müəllimin zəifliyi – təhsilin zəifliyi” zəncirini qırmaq üçün ən düzgün həlledici nöqtədən başlayır: müəllimin əməyinin dəyərini bərpa etməkdən.
Bu islahat çox fundamental, çox strateji və çox doğru addımdır".
Qeyd edək ki, Təhsil naziri müəllimlərin saatbaşına deyil, tam ştatla maaş alacaqlarını açıqlayıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri