Icma.az
close
up
RU
Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu keçiriləcək

Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu keçiriləcək

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizdə 8 iyun 2025-ci il tarixində "Ritz Carlton"da təhsildə qiymətləndirmə sahəsinə dair "Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu" keçiriləcək. Tədbir Müstəqil Qiymətləndirmə Mərkəzi (MQM) tərəfindən təşkil olunur.

Forumun əsas məqsədi - təhsil müəssisələri və hazırlıq kursları ilə daha sıx əməkdaşlığın qurulması, sınaq imtahanlarında mövcud texnoloji imkanların təqdim olunması və nəticələrin obyektiv şəkildə ölçülməsi üzrə yeni yanaşmaların paylaşılmasıdır.

Tədbir "Təhsildə Birləşən Həllər" devizi altında baş tutacaq və 150-yə yaxın yerli təhsil şirkətini bir araya gətirəcək. Tədbir iştirakçıları MQM-in fəaliyyət sahəsi ilə daha yaxından tanış olacaq, platformanın funksionallığı və üstünlükləri barədə ətraflı məlumat alacaqlar.

Forum çərçivəsində sınaq imtahanlarında müasir yanaşmalar və texnologiyalar, qiymətləndirmədə obyektivlik və şəffaflıq prinsipləri, təhsil müəssisələri ilə strateji əməkdaşlıq modelləri, nəticələrin təhlili və qərarvermədə istifadəsi, potensial müştərilər üçün sistem təqdimatı və demosessiyalar kimi mövzular müzakirə olunacaq.

Tədbirin formatı beynəlxalq praktikaya uyğun şəkildə təşkil olunacaq və iştirakçılara həm peşəkar bilik, həm də interaktiv təcrübə qazandıracaq.

Davos üslubunda panel və sessiyalar: Müxtəlif sahə ekspertləri ilə açıq müzakirələr və moderatorlu dialoqlar

Keynote çıxışlar: Təhsildə innovasiyalar, texnologiyalar və idarəetmə modelləri üzrə ilhamverici təqdimatlar

Tədbir çərçivəsində tanınmış yazıçı və publisist Aqşin Yenisey "Aydın Baxış" adlı təqdimatla çıxış edəcək. Həmçinin, Müstəqil Qiymətləndirmə mərkəzinin icraçı direktoru Ceyhun Ağakişiyev "Sınaqdan İnkişafa" adlı təqdimatla Müstəqil Qiymətləndirmə Mərkəzinin keçdiyi inkişaf yolunu - qurumun formalaşmasından bu günə qədərki fəaliyyətini və gələcək perspektivlərini iştirakçılarla paylaşacaq.

Bundan əlavə, sahə üzrə peşəkar təlimçi Sarvan Aslanov tərəfindən "Təhsil sahəsində idarəetmə və effektiv satış bacarıqları" mövzusunda praktikyönümlü seminar təşkil olunacaq. Seminar iştirakçılara təhsil sektorunda rəhbərlik və satış strategiyalarına dair dəyərli biliklər qazandırmağı hədəfləyir.

Tədbirin ən mühüm hissələrindən biri isə "Təhsildə qiymətləndirmə və inkişaf" mövzusuna həsr olunmuş panel müzakirəsi olacaq. Panelin moderatoru Turan Cəfərova, spikerlər isə öz sahələrində böyük təcrübəyə malik mütəxəssislər - İlqar Ağakişiyev, Yalçın İsmayılzadə və Elşad Yunusov olacaq. Panel müzakirəsində təhsildə qiymətləndirmənin mövcud vəziyyəti, çətinlikləri və inkişaf imkanları geniş şəkildə analiz ediləcək.

Təhsil sahəsində fəaliyyət göstərən bütün qurumlar üçün mühüm əməkdaşlıq imkanları təqdim edəcək bu forum, həmçinin təhsildə innovasiyaların təşviqi və qiymətləndirmənin gələcəyinə dair yol xəritəsinin müəyyən olunmasına da töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri