Icma.az
close
up
RU
“Təhsildə rus bölməsi üzrə nəticələr Azərbaycan bölməsi ilə müqayisədə aşağıdır” AÇIQLAMA

“Təhsildə rus bölməsi üzrə nəticələr Azərbaycan bölməsi ilə müqayisədə aşağıdır” AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Azərbaycanda rus bölmələrinin bağlanması ilə bağlı Elm və Təhsil Nazirliyi bu xəbərləri təkzib etsə də, ictimaiyyətin narahatlığının əsas səbəbi rəsmi orqanların bu məsələ ilə bağlı müntəzəm və əsaslandırılmış məlumatlandırma aparmaması, həmçinin qərarların strateji vizion çərçivəsində deyil, reaktiv şəkildə verilməsi təəssüratıdır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 300-dən çox məktəbdə rus bölməsi mövcuddur:
"Bu məktəblərdə 90 mindən çox şagird təhsil alır. Bu, ölkənin təhsil sistemində azsaylı, amma xüsusi çəkiyə malik olan bir təbəqəni təşkil edir. Qeyd etmək lazımdır ki, bu bölmədə təhsil alan şagirdlər yalnız rus etnik mənsubiyyətinə malik ailələrin uşaqları deyil, həm də valideynlərin övladlarını rus dilində təhsilə üstünlük verməsi ilə bağlı qərarının nəticəsidir. Deməli, burada məsələ yalnız milli azlıqların hüquqları yox, həm də dil siyasətinin formalaşmasında dövlətin mövqeyidir. Təəssüf ki, bu mövqe ictimaiyyətə aydın deyil".
Onun sözlərinə görə, müəllimlərin keyfiyyəti və kadr təminatı baxımından rus bölməsinin ciddi çətinlikləri var:
"Müəllimlərin sertifikasiya nəticələri göstərir ki, rus bölməsi üzrə iştirak edənlərin orta nəticələri Azərbaycan bölməsi ilə müqayisədə aşağıdır. 2023-cü ildə keçirilən müəllimlərin sertifikasiyasında rus bölməsi üzrə iştirak edən müəllimlərin 58%-i keçid balını toplaya bilmişdi, halbuki Azərbaycan bölməsində bu göstərici 75% idi. Bu da keyfiyyət fərqinin ilkin göstəricisidir. Lakin bu keyfiyyət fərqi bölmənin bağlanmasını deyil, onun islah olunmasını tələb edir. Problemin kökündə kadr hazırlığı, motivasiya mexanizmlərinin zəifliyi və rus bölməsi üzrə pedaqoji kadrların yaşlı olması dayanır. Yaşlı nəslin tədricən sistemdən getməsi, yerinə gənc müəllimlərin gəlməməsi bu bölməni təbii tənəzzülə sürükləyir".
O, bildirib ki, qanunvericilik baxımından Azərbaycan Respublikası Konstitusiyasının 45-ci maddəsində göstərilir ki, hər kəsin ana dilində təhsil almaq hüququ var:
"Eyni zamanda, “Təhsil haqqında” Qanunun 6.1-ci maddəsində qeyd edilir ki, təhsil Azərbaycan Respublikasında dövlət dili ilə yanaşı, digər dillərdə də həyata keçirilə bilər. Bu, həm azlıqların hüququnu qorumaq, həm də çoxtərəfli dil siyasətini inkişaf etdirmək üçün mühüm normativ bazadır. Deməli, istənilən formada rus bölmələrinin inzibati qərarla bağlanması bu hüquqi çərçivəyə uyğun deyil və hüquqi mübahisələr doğura bilər".
Ekspert vurğulayıb ki, dünya təcrübəsində çoxtilli təhsil sisteminə malik ölkələrdə – məsələn, Kanada, Belçika, İsveç və Qazaxıstan – müxtəlif dillərdə tədris bərabər hüquq əsasında aparılır:
"Qazaxıstanda dövlət dili ilə yanaşı rus və ingilis dillərində məktəblər fəaliyyət göstərir. Bu yanaşma təkcə etnik azlıqların hüquqlarını qorumaq deyil, həm də iqtisadi və diplomatik baxımdan ölkənin mövqeyini gücləndirmək üçün mühüm alət sayılır. Azərbaycanda isə bu məsələyə siyasi çəkingənliklə yanaşılır. Bunun nəticəsi olaraq nə rus bölməsinin saxlanılması üçün inkişaf planı təqdim edilir, nə də onun mümkün ləğvi barədə aydın və əsaslandırılmış qərar verilir.
Bu sahədə ən ciddi problem Elm və Təhsil Nazirliyinin sistemsizliyidir. Nazirlik rus bölməsi ilə bağlı nə ictimai dinləmələr təşkil edir, nə mövcud məktəblərin vəziyyəti haqqında ictimai hesabat yayır, nə də perspektiv plan təqdim edir. Nazirliyin mövqeyi birmənalı deyil: bir gün “bağlanma gündəmdə deyil” deyilir, ertəsi gün isə “müəllim çatışmazlığına görə bəzi siniflərdə qəbul aparılmır” açıqlaması verilir. Bu isə təhsil siyasətinə olan etimadı sarsıdır".
Ekspert deyir ki, hələlik rus bölmələrinin rəsmi bağlanması ilə bağlı heç bir hüquqi sənəd və qərar yoxdur:
"Lakin faktiki addımlar – bəzi məktəblərdə 1-ci siniflər üçün rus bölməsi üzrə qəbul aparılmaması, müəllimlərin azaldılması və dərslik təchizatının zəifləməsi – bu istiqamətdə planlı şəkildə tənzimləmə aparıldığını göstərir. Bu isə ictimai rəyə və valideynlərin qərarına zidd olaraq həyata keçirilir.
Əgər rus bölməsi üzrə ciddi islahatlar aparılmasa və mövcud təhsil resursları bu istiqamətə yönəldilməsə, bu bölmənin zəifləyərək təbii bağlanması baş verəcək. Amma bu, dövlətin rəsmi qərarı ilə deyil, sistemsizlik nəticəsində baş verəcək və nəticədə hüquqi və sosial ziddiyyətlər yaranacaq. Bunun qarşısını almaq üçün nazirlik dərhal fəaliyyət proqramı təqdim etməli, ictimaiyyətə açıq və şəffaf planlarla çıxış etməli, xüsusən də pedaqoji kadr hazırlığı və motivasiya siyasətini dəyişməlidir.
Əks halda, rus bölmələrinin bağlanması ilə bağlı deyilənlər sadəcə şayiə deyil, dövlətin idarəolunmayan proseslərinin nəticəsi olacaq. Bu isə hüquqi haqsızlıqla yanaşı, sosial balansın pozulması və təhsil sisteminə olan inamın sarsılması ilə nəticələnəcək. Təhsil siyasəti susqunluqla deyil, strateji cəsarətlə idarə olunmalıdır. Təəssüf ki, hələlik bu cəsarət görünmür".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyul 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri