Icma.az
close
up
RU
Təhsildə təşkilati və dövlət maraqları niyə toqquşur?.. EKSPERT

Təhsildə təşkilati və dövlət maraqları niyə toqquşur?.. EKSPERT

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Təhsil bir nömrəli prioritetdir, bəs niyə “Ali təhsil haqqında qanun”  10  ildən çoxdur ki,  qəbul edilmir...” 

“...Problem   “Ali təhsil haqqında” qanunun gecikməsində  deyil, problem   prioritetin idarəetmə mexanizminə çevrilməməsindədir.  Çünki dövlət siyasətində prioritetlik  sözlə müəyyənləşmir...”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsildə təşkilati və dövlət maraqları  niyə toqquşur?..” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

"Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov mediaya açıqlamasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına  V  çağırışda başlanıldığını, prosesin müxtəlif tərəflərin maraqları səbəbindən mürəkkəb olduğunu,    son nöqtənin nə vaxt qoyulacağının    bəlli olmadığını  bildirib. O, konkret olaraq Elm və Təhsil Nazirliyini, universitetləri və Nazirlər Kabinetinin tənzimlədiyi məsələləri tərəflər arasında fərqli maraqlar  kimi qeyd edib.   

Məlum olduğu kimi,  Prezident İlham Əliyev 26 sentyabr 2026-cı ildə “ təhsil  bir nömrəli prioritetdir”  deyib. Daha sonra isə “hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmağın mümkün deyil”  söyləyib.    

Bu iki faktı müqayisə edəndə  ortalığa  yeni bir  sual çıxır. 

Təhsil bir nömrəli prioritetdirsə, niyə ali təhsil haqqında qanun illərlə qəbul edilmir? 

Dövlətin prioriteti ilə ayrı-ayrı qurumların  maraqları toqquşanda hansı üstün gəlməlidir?

MM  Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı son açıqlamasının  ciddi  müzakirəsinə ehtiyacı var. Onun sözlərinə görə, layihənin hazırlanmasına V çağırışda başlanılıb,  indi  isə  VII çağırışdır və bu iş hələ də davam edir.  Komitə sədri gecikmənin səbəblərindən biri kimi müxtəlif tərəflərin  fərqli maraqlarının olmasını göstərir: ETN,  universitetlər  və digər dövlət qurumlarının layihə ilə bağlı fərqli mövqeləri var. Burada  problem  qanunun niyə  gec   hazırlanmasında  deyil.  

Təhsil dövlət üçün  “bir nömrəli prioritetdir”sə, onda bu  prioriteti həyata keçirməli olan qurumların  maraqları niyə bu prioritetin reallaşmasını  10 il ləngidir?.. 

Bu, artıq hüquqi-texniki  məsələ deyil, daha ciddi problemdir.  

“Müxtəlif  maraqlar”ın olması mümkündür,  problem bu  maraqların niyə  uzlaşdırılmamasındadır.  Problem hansı marağın üstün hüquqi prinsipə çevrilməsidir. 

Əgər dövlətin strateji marağı “insan kapitalının inkişafı və rəqabətqabiliyyətli ali təhsil sistemi”dirsə, qanun bu strateji məqsədə xidmət edən  təşkilarti balans yaratmalıdır. 

Dövlət marağı nədir? Bu sualın cavabı dəqiq müəyyənləşdirilməsə, “milli maraq”, “dövlət marağı”, “qurumun marağı” və “menecerlərin marağı” bir-birinə qarışa bilər.  

Ali təhsil baxımından dövlət marağı ən azı bunları əhatə etməlidir:  rəqabətqabiliyyətli insan kapitalı,  keyfiyyətli ali təhsil,  güclü elm- tədqiqat,   innovasiya,  əmək bazarına uyğun kadr hazırlığı,  akademik və maliyyə səmərəliliyi, beynəlxalq rəqabət qabiliyyəti, sosial ədalət,  dövlət vəsaitlərinin səmərəli istifadəsi, milli təhlükəsizlik və uzunmüddətli inkişaf... 

2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da insan kapitalının inkişafı, nəticələrə görə cavabdeh və şəffaf idarəetmə, dövlət-biznes tərəfdaşlığı, ali təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması,  ali təhsil müəssisələrinə daha geniş akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi kimi məqsədlər müəyyən edilmişdi. Deməli, strateji istiqamət əslində  xeyli  əvvəldən  müəyyənləşdirilib.   

Bəs niyə bu strategiyanın ali təhsil sahəsində hüquqi arxitekturasının yaradılması bu qədər ləngidi?   

Məmurun  təşkilati  marağı dövlət marağından fərqlənə bilərmi?  Bəli, təşkilati  səviyyədə belə risk mümkündür.   Təşkilati   maraqla dövlətin uzunmüddətli strateji marağı arasında uyğunsuzluq  yarana bilər.  Məsələn: bir qurum daha çox səlahiyyət istəyir,  digər qurum isə bu səlahiyyəti vermək istəmir. Universitet daha çox muxtariyyət istəyir,  tənzimləyici qurum nəzarətin zəifləməsindən ehtiyat edir. Bir tərəf çevik idarəetmə istəyir, digər tərəf mərkəzləşdirilmiş nəzarəti üstün tutur. Bir tərəf maliyyə azadlığı istəyir,  digər tərəf hesabatlılığın necə təmin ediləcəyini soruşur. Bütün bunlar  real  müzakirələrdir.  Lakin dövlət idarəçiliyinin əsas funksiyası  məhz  müxtəlif maraqları dövlətin strateji məqsədi ətrafında uzlaşdırmaq.  Əgər bu uzlaşdırma mexanizmi işləmirsə, qərarvermə prosesi sonsuz müzakirəyə çevrilə bilər, necə ki, “Təhsil haqqında qanun”,  “Ali  təhsil haqqında qanun”un hər biri 12-13 il  müzakirə edildi.  Ölkədə  təhsil  islahatları  getdiyi dönəmdə,  onun hüquqi bazası olan  müvafiq qanunların on illərlərlə  parlamentdə müzakirəsi nonsesdir... 

“Hamının marağı var”  arqumentinin   qərarsızlığa çevrilməsi...   

“Müxtəlif  tərəflərin maraqları var”  izahdır. Amma bu  izah, yekun qərarın niyə illərlə uzadılmasının   cavabı  deyil. Çünki qanunvericilik prosesinin mahiyyəti məhz müxtəlif maraqlar arasında balans yaratmaqdır. Əgər maraqlar eyni olsaydı, qanun hazırlamaq asan olardı. Qanunvericiliyə ehtiyac da məhz ona görə yaranır ki, cəmiyyətdə müxtəlif maraqlar mövcuddur.  Deməli   maraqların müxtəlifliyi qanunun gecikməsinin səbəbi deyil. Problem  bu  maraqları uzlaşdıracaq qərarvermə mexanizminin  zəifliyindədir.  Bu fərqi görməliyik.  

“Təhsil bir nömrəli prioritetdir”  fikrinin   idarəetmə mənası... 

Əgər təhsil həqiqətən bir nömrəli prioritetdirsə, bu yalnız siyasi bəyanat kimi qalmamalıdır. “Prioritet” sözünün idarəetmə dilində konkret nəticələri olmalıdır. Prioritetlik  daha sürətli qərarvermə,  daha aydın məsuliyyət,  daha çox  təşkilati   koordinasiya,  daha ölçülə bilən nəticələr, həm də gecikməyə görə hesabatlılıq deməkdir.     Əks halda “prioritet” sadəcə yüksək səviyyəli siyasi ifadə olaraq qalır...  

Əgər qanun 10 il hazırlanırsa, sistem nə itirir? Ən böyük itki vaxtdır, amma təkcə vaxt deyil…

Ali təhsil sürətlə dəyişir. Süni intellekt universitet modelini dəyişir. Rəqəmsal transformasiya idarəetməni dəyişir.  Əmək bazarı yeni  səriştələr  tələb edir. Universitetlərin beynəlxalq rəqabəti artır. Tədqiqat və innovasiyanın rolu yüksəlir. Akademik mobillik genişlənir. Yeni universitet modelləri yaranır. Belə bir dövrdə hüquqi çərçivənin uzun müddət qeyri-müəyyən qalması sistemin çevikliyinə təsir edə bilər. 

Bu gün hazırlanmış qanun da  beş il sonra yenidən nəzərdən keçirilə bilər. Ona görə “elə qanun hazırlayaq ki, sonra dəyişməsin”  fikri real deyil.   Komitə sədri layihənin mümkün qədər  uzunömürlü və keyfiyyətli olması zərurətini vurğulayıb, lakin XXI əsrdə yaxşı qanunun  xüsusiyyəti  onun heç vaxt dəyişməməsində  deyil.  Əslində  yaxşı qanun dəyişən şəraitə uyğunlaşa bilən hüquqi çərçivə yaratmalıdır…   

Əsas məsələ  heç  qanunun qəbul edilməməsi  də deyil. Burada daha köklü  problemlər  var. Tutaq ki, “Ali təhsil haqqında” qanun sabah qəbul edildi. Bəs sonra nə olacaq? Nə dəyişəcək. Bu qanunun  təsdiqi təhsili avtiomatik olaraq prioritet  edəcəkmi?.. 

“Ali təhsil haqqında” qanun  sanki, yol hərəkət qanunudur.  Yol hərəkət  qanunu  olmasa, yollarda qəza halları  çoxalar, tıxaclar  yaranar v.s. Eyni ilə də  “Ali təhsil haqqında”   qanunu  tətbiq etmək üçün  də “yol”  lazımdır, bizim halda  bu “yol” ali təhsilin inkişafı üçün strateji yol xəritəsidir. Varmı bizdə  ali təhsilə dair Strateji Yol Xəritəsi (SYX) və ya hər hansı strategiya, inkişaf proqamı, dövlət proqramı?..     

Əgər   “Ali təhsil haqqında”  qanunun icrası üçün  keyfiyyətli strategiya, SYX  yoxdursa,  inkişaf proqramları hazırlanmayıbsa,  konkret məsul qurumlar,  müddətlər,  maliyyə mexanizmləri,   KPI-lər,  monitorinq, təşkilati və ictimai hesabatlılıq, universitetlərin məsuliyyəti,  tənzimləyicinin məsuliyyəti  konkret  müəyyən edilməyibsə, yeni qanun   da əvvəlki normativ sənədlər kimi elə  kağız üzərində qala bilər… 

Yeri gəlmişkən,  “Təhsil Qanunu”  da  yarımçıq icra edilir (ən azından təhsilin distant forması haqqında bənd  2009-cu ildə qanuna daxil edilsə də, bu sahədə  əlavə hüquqi  normativ baza yaradılmayıb, ETN tərəfindən real heç bir iş görülməyib),   2013-cü ildə qəbul edilən təhsil strategiyası, 2022-2026-cı illər üzrə icra edilən  inkişaf strategiyasının təhsilə dair bəndləri də yarımçıq icra edilib.   

Deməli, məsələ  heç də bu qanun nə vaxt qəbul ediləcəyi deyil, problem  həm də qəbul edilən qanunun  sabah  necə işləməsi, müvafiq icra hakimiyyətinin səmərəli fəaliyyəti ilə əlaqədardır...   

Dövlət marağı ilə qurumların təşkilati  marağının sərhədi harada  çəkilməlidir?.. 

Qurum öz marağını müdafiə edə bilər, amma həmin marağın dövlətin strateji məqsədinə uyğunluğunu  düzgün əsaslandırmalıdır.  Məsələn, universitet muxtariyyət istəyirsə, izah etməlidir ki,  bu muxtariyyət hansı nəticəni yaxşılaşdıracaq? ETN  nəzarət istəyirsə, izah etməlidir ki,  bu nəzarət hansı keyfiyyət problemini həll edəcəkdir?  Nazirlər Kabineti  müəyyən səlahiyyəti özündə saxlamaq istəyirsə, əsaslandırmalıdır ki,  mərkəzləşdirilmiş qərarvermə hansı ictimai nəticəni yaxşılaşdırır? Parlament hansısa  normanı qəbul edirsə, izah etməlidir ki, bu norma Azərbaycan ali təhsili  2035-ci hansı hədəfə  çatdıracaq?   Bu  yanaşmada mübahisə “kim nə istəyir?” səviyyəsindən çıxır…   

Kim nə istəyir və bunun dövlətə, tələbəyə, universitetə və cəmiyyətə ölçülə bilən faydası nədir?    

Təhsil prioritetdirsə, təhsil  idarəsində  fərqli prinsip lazımdır:  təhsildə heç bir  təşkilati maraq  ölkənin uzunmüddətli insan kapitalı marağından üstün ola bilməz.

 Bu prinsip  nə ETN-ə, nə  universitetə, nə parlamentə  yönəli deyil. Əksinə, bütün qurumların  üzərinə eyni məsuliyyət qoyur. Universitetin, nazirliyin, parlamentin və digər  dövlət qurumlarının  fəaliyyətinin səmərəsi  bu  suala  verilən cavabla təyin edilə bilər:  Azərbaycanın  insan kapitalını daha sürətli, keyfiyyətli və rəqabətqabiliyyətli edə bildikmi?..

Əgər   yüksək səviyyədə  “təhsil bir nömrəli prioritetdir”  deyilirsə,  parlamentin  komitə sədrinin  “müxtəlif tərəflərin müxtəlif maraqları var”  və “qanun layihəsinin son nöqtəsinin nə vaxt qoyulacağı  bəlli deyil”  deməsi  anlaşılan deyil.     

Əgər dövlətin strateji prioriteti məlumdursa,  müxtəlif  təşkilati və korporativ  maraqlar həmin prioritetə tabe etdirilməlidir.  Əgər hansısa təşkilati maraq dövlətin uzunmüddətli məqsədinə mane olursa, onda  məsələ  “kimin marağı daha güclüdür”  kimi  olmamalıdır. Məsələ  bu marağın  dövlətin insan kapitalı strategiyasına xidmət edib-etməməsindədir…   

Digər  problem  budur ki,  təhsil  bir nömrəli prioritet  olduğu halda, bu prioriteti həyata keçirən  qurumlar,  öz maraqları ilə dövlət  maraqları arasında yarana bilən konfliktlərin   həll  mexanizmləri  varmı?   Əgər bu mexanizmlər yoxdursa, ya da işlək deyilsə, onda  problem   “Ali təhsil haqqında” qanunun gecikməsində  deyil, problem   prioritetin idarəetmə mexanizminə çevrilməməsindədir.  Çünki dövlət siyasətində prioritetlik  sözlə müəyyənləşmir.  Prioritetlik zəruri  resurs, səlahiyyət, vaxt, məsuliyyət və nəticə ilə müəyyənləşir. Ona görə də Azərbaycan ali təhsilinin qarşısında duran  mühüm  məsələ   bu  qanunun  nə vaxt qəbul ediləcəyi deyil,  təhsilin  bir nömrəli prioritet  olması üçün  dövlətin ilk növbədə  bu prioriteti müxtəlif təşkilati  maraqlardan üstün tutacaq  səmərəli   qərarvermə və hesabatlılıq sistemi  qurmasıdır.   Məhz bu  sistemin vaxtında və düzgün  qurulması,   ali təhsildə növbəti onilliyin taleyini müəyyən edəcəkdir,  əks halda,  “hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq  mümkün deyil”  (Prezident  İlham Əliyev)...

Müəllif: 

Dosent İlham Əhmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Oktyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri