Icma.az
close
up
RU
Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanda ali təhsil müəssisələrində süni intellektin tədris və imtahan proseslərində istifadə səviyyəsi universitetdən-universitetə ciddi şəkildə fərqlənir. Bu fərqlərin əsas səbəbləri infrastruktur, texnoloji hazırlıq, maliyyə imkanları, müəllimlərin bilik və bacarıqları, eləcə də rəhbərliyin bu sahəyə münasibətidir. Bəzi universitetlər müasir kompüter laboratoriyalarına, yüksək sürətli internetə və bulud əsaslı platformalara malikdir, digərlərində isə bu imkanlar məhduddur. Süni intellekt alətlərinin lisenziyaları və server xərcləri də bir çox ali məktəblər üçün əlavə maliyyə yükü yaradır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 
Onun sözlərinə görə, digər vacib amil akademik heyətin hazırlığıdır:
"Süni intellektin dərslərə və qiymətləndirmə sistemlərinə inteqrasiyası müəllimlərin bu texnologiyanı bilməsini və ondan düzgün istifadə etməsini tələb edir. Bəzi universitetlərdə müəllimlər üçün bu sahədə təlimlər keçirilir, digərlərində isə belə imkanlar yoxdur. Eyni zamanda, tədris proqramlarının yenilənməsi də önəmlidir. Süni intellektlə bağlı modulların proqramlara daxil edilməsi texnoloji keçidi asanlaşdırır, əks halda isə mövcud proqramların yenidən işlənməsi əlavə vaxt və xərc tələb edir".
Ekspert bildirib ki, bu sahədə irəliləyiş üçün milli səviyyədə vahid strategiya formalaşdırılmalıdır:
"Elm və Təhsil Nazirliyi ali təhsildə süni intellektin tətbiqi üçün ümumi standartlar və çərçivə müəyyən etməlidir. Kiçik və resursları məhdud universitetlər üçün texniki və maliyyə dəstəyi proqramları yaradılmalı, müəllimlər üçün mütəmadi təlimlər, seminarlar və sertifikasiya proqramları təşkil olunmalıdır. Universitetlərin daxilində isə süni intellekt üzrə işçi qruplar yaradılmalı, pilot layihələr tətbiq edilməli və uğurlu təcrübələr paylaşılmalıdır".
O qeyd edib ki, süni intellekt tədrisdə bir sıra müsbət imkanlar yaradır:
"Testlərin yoxlanması və qiymətləndirilməsi kimi rutin işlərin avtomatlaşdırılması müəllimlərə daha yaradıcı və analitik fəaliyyətə vaxt ayırmağa imkan verir. Tələbələr üçün isə fərdi öyrənmə planları, adaptiv dərslər, vizuallaşdırma və real vaxt geribildirimi kimi imkanlar genişlənir. Lakin risklər də mövcuddur, köçürmə, hazır cavab axtarışı və tənqidi düşünmənin zəifləməsi kimi problemlər yarana bilər. Buna görə süni intellekt müəllimi əvəz edən yox, onun işini asanlaşdıran bir vasitə kimi görülməlidir".
Ekspert deyib ki, bu baxımdan akademik etika xüsusi əhəmiyyət daşıyır:
"Universitetlər süni intellektdən istifadə ilə bağlı dəqiq qaydalar və siyasətlər formalaşdırmalı, hansı hallarda istifadəyə icazə verildiyi, hansı hallarda qadağan olduğu aydın göstərilməlidir. Akademik dürüstlük pozuntuları üçün sanksiyalar müəyyən edilməli və nəzarət mexanizmləri gücləndirilməlidir. Dövlət və universitetlər arasında əməkdaşlıq artırılmalı, resurslar ədalətli bölüşdürülməlidir ki, regionlarda yerləşən ali məktəblər də bu texnoloji keçiddən kənarda qalmasın".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri