Icma.az
close
up
RU
“Təhsilə bazar gözü ilə baxmaq cəmiyyətin talehini göz görə təhlükəyə atmaqdır” TƏHSİL EKSPERTİ

“Təhsilə bazar gözü ilə baxmaq cəmiyyətin talehini göz görə təhlükəyə atmaqdır” TƏHSİL EKSPERTİ

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ölkəmizdə 2-ci ildir “Tam orta məktəb ” “modeli” qurulur. Modelin mahiyyəti bundan ibarətdir ki, hər rayonda və ya şəhərdə bir tam orta məktəbin 1-9-cu sinif şagirdləri ətrafda olan digər məktəblərə paylanılır . Əvəzində digər məktəblərdən 10-11-ci sinif şagirlərindən ibarət təmyüllü siniflər yaradılır. Ad olur biz lisey gimnaziyaların şəbəkəsini genişləndiririk. Bu süni addımlar əslində ölkənin məktəb infrastrukturunu dağıtmaqdan başqa bir şey deyil”.

Gununsesi.info bildirir ki, təhsil eksperti Elşən Qafarov deyib:

“2015-ci ildən ölkənin tam orta məktəblərində ( o zaman sayı 3447 məktəb idi) təmayülləşmə tətbiq olunmağa başlandı. Məqsəd də guya repititoluğa son qaymaq idi. Bir neçə ilə təmayülləşmə tətbiq olunan tam orta məktəblərin sayı ümumi sayın 40%-nə “çatdırıldı”. Nə baş verdi? Müəllimlər öz yanlarına repititoluğa şagird cəlb etmək üçün direktorları görüm-baxım etməyə başladılar ki, həmin siniflərdə dərs saatı ala bilsinlər. Təmayül sinifləri istedadlı uşaqlar üçün nəzərdə tutulmuşdusa orda dərs deyən müəllimlərin əmək haqqına 15% ( istedadlı uşaqlarla işlədiklərinə görə ) verilməli idi verilmədi. 2015-ci ildə bu siniflər yaradılmasına baxmayaraq, 2016-ci ilin sonunda proqramlar hazırlandı . Amma işin gülməli tərəfi budur ki, beynəlxalq praktikada olduğu kimi xüsusi proqramla(təmayül) tədris ediləm məktəb v ya siniflərin dərslikləri olmalı idi. Oda yoxdur. Yəni həftəyə 8-10 saat riyaziyyat keçən sinifldə və ya məktəbdə təhsil alan şagirdlə 5 saat dərs keçən eyni dərslikdən, başqa sözlə desək bir istiqamət üzrə istedadlı olanla , olmayan eyni dərslikdən istifadə edirlər. Təmayülləşmə repitotluğun nəinki qarşısını aldı, əksinə daha da dəstək verdi. İndi də başlanılıb “tam orta məktəb” ekspermentinə…. Faydası varmı YOXDUR ? Niyə həmin qazan, həmin aş, həmin çömçədir atalar demişkən?. Yəni bu məktəbdə oxuyanların 100/100-ü repititor yanına gedir . Başqa sözlə desək, qiymətləndirmə ( imtahanlar) təhsil sisteminə deyil, təhsil sistemi qiymətləndirməyə uyğunlaşdırılır. Bu bir başa ETN tərəfində ölkə rəhbərliyini və cəmiyyəti aldatmaq istəyindən başqa bir şey deyil. Məqsəd nəticələri süni çəkildə yaxşı kimi göstərməkdir”.

O əlavə edib ki, digər məktəblərə dağıdılan 1-9-cu sinif şagirdləri avtomatik olaraq orada və o məktəbdə olan siniflərdə sünü sıxlıq yaradır ki, bu da təhsili təməlindən dağıdan ciddi faktordur:

“İşi Emin Əmrullayevin ağlına buraxsan o, qısa bir zamanda təmayül məktəblərindən başqa bütün məktəbləri onlineyə çevirəcə. “İstedadlı uşaqlarla iş” adı ilə əməlli başlı bazar açılıb. Biz lisey və gimnaziya deyərkən ARTİ tərəfindən mərkəzləşdirilmiş qəbul imtahanı ilə şagird qəbulu həyata keçirilən ümumi təhsil müəssisələri nəzərdə tuturuq. Onların sayı hazırda 34-dur. Bu 34-ün içində həm lisey, həm gimnaziya növləri daxildir. Onlardan 12-si Bakı şəhərində, 22-si regionlarda yerləşir. Bu lisey gimnaziyalar bu yaxında təhsili yerli idarəetmə orqanlarının tabeliyinə verildi.

Düşünürəm bunun əsas səbəbi ARTİ və MÜTDA rəhbərləri arasında gedən “müharibənin” nəticəsi idi. Hələ sovet dövründən və müstəqilliyimiz dövründən lisey gimnaziyalar bir başa ETN , 2022-ci ildən isə MÜTDA-ya tabe idi. Lisey gimnaziyalara qəbul üçün sınaqlar və imtahanlar ayrıca bir mövzudur və burada rəsmən bazar münasibətləri var. 2025-ci ilin iyunda keçirilən qəbul imtahanında “sızdırılan” sullar vasitəsi ilə 500 000 manat pul toplandığı deyilir. Kələfin bir ucu Əmrullayevə və yaxın ətrafına gedib çıxdığı üçün iş ört-basdır edildi. Kenquru olimpiyadası kimi. Təhsilə bazar gözü ilə baxmaq cəmiyyətin talehini göz-görə təhlükəyə atmaqdır”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri