Icma.az
close
up
RU
TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

Icma.az, Mia.az saytına istinadən bildirir.

Yeni dərs mövsümünün başlamasına görə keçirilən bəzəkli tədbirlərlə balacaların başını aldatsaq da, problemlər köhnədir. Elm və təhsil nazirinin son mətbuat konfransındakı mənzərəyə baxmaq kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu təkrarən görək. Təhsilin başqa sahələri bir yana, baza təhsili olan ümumtəhsil nə vəziyyətdədir?!

Köhnə hamam, köhnə tas. Bir şeirdə deyildiyi kimi, narahat olmayın, heç nə yaxşı olmayacaq.

Bu dəfə sizə dərin təhlil, uzun-uzadı analizlər deyil, konkret gerçəklikdən danışmaq istəyirəm. Ümumtəhsil Agentliyinin (MÜTDA deyirlər) fəaliyyətindən, qurumun başında baş verən olaylardan azacıq məlumatınız olsa, bilərsiniz niyə düzəlmirik, təhsilimiz niyə belə reanimasyon durumdadır.  

Agentliyin iki illik işi niyə müsbət nəticə vermir?

Bu vəziyyət birbaşa rəhbər şəxslər arasındakı münasibətdən və onların peşəkar səviyyələrindən qaynaqlanır.

Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Agentliyin adı var, özünü isə işləməyə qoymurlar. Agentliyin gənc rəhbərliyinə xoşagəlməz halların aradan qaldırmağa nəinki imkan vermirlər, həmçinin neqativ halların artmasına rəvac verənlər, öz əməlləri ilə vəziyyəti ağırlaşdıranlar var. Bunlar kimlərdir və nə edirlər?

Ədalət üçün deməliyik ki, nazir Emin Əmrullayev bütün səhvləri və düzləri ilə islahatlar aparmaq, bacardığı qədər yenilik gətirmək istəsə də, Agentliyin direktoru Eşqi Bağırov ən azı öz perspektivi, öz adını ucaltmaq üçün cəhdlər etsə də, işpozanlar daha mahir oynayırlar. İşpozanların başında isə zorla MÜTDA-ya direktor müavini vəzifəsinə pərçim edilən Arslan Hacıyev durur. Bu adam o qədər bekar qalıb ki, Təhsil idarələrinin rəhbərlərinə ancaq adını internetdən götürdüyü bədii kitabları oxumağı tövsiyə edən göstərişlər yazmaq ideyası ilə rəhbər keyfiyyətlərini göstərir.

MÜTDA direktorunun kadrı hesab olunmayan, təhsildən tamamilə uzaq (“pesoksatan” kliçkalı) A. Hacıyev Agentlikdə ancaq intriqa yaradır, layiqli kadrları sıxışdırır, iş bilən adamlara mane olur, öz adamlarını müxtəlif vəzifələrə təyin etdirmək üçün təzyiq göstərir və yersiz iddiaları naminə dəridən-qabıqdan çıxır. Deyilənə görə o, MÜTDA-nın direktor müavini olmağa hazırlaşan Nurlan İsmayılovun yerini tutub. A. Hacıyev hələ də əvvəl rəhbərlik etdiyi Qazax-Ağstafa Təhsil İdarəsini kurasiyasında saxlamaq, yerləşdirdiyi kadrları qorumaq  üçün mübarizə aparır, Regional Təhsil İdarələrinin müdirlərinə gülünc tapşırıqlar verir.

Həmçinin MÜTDA-nın direktor müavini, Bakı Təhsil İdarəsinin direktor əvəzi Nərminə Hüseynova da “nazirin adamı” yarlığını əlində bayraq edərək Agentliyin rəhbərliyini aşkarca saymır, adi iclas və müzakirələrə qoşulmur, digər region idarə müdirləri üçün pis nümunə göstərir. Ən üzdə olan məktəblərin, yaxşı müəllimlərin Bakıda cəmləşməsinə rəğmən, N. Hüseynovanın iki illik rəhbərliyi zamanında etdiyi yeniliklər və qazandığı cahanşümul uğurlar bunlardan ibarətdir:

1) Nazirlikdən gətirdiyi xidməti avtomobilini son model xidməti maşınla dəyişmək (Bu qədər baha maşın puluna bir məktəbi təmir etmək olardı. Müasir xidməti maşın ola-ola yenisini aldırmaq həm də dövlət vəsaitinin göyə sovrulmasıdır. Xidmətimaşın da bütün günü şəxsi məqsədlər,  ailə üzvləri üçün istifadə olunur).

2) Bir neçə rəfiqəsi, yaxın qohumu, vasitəçilik edən direktorlar və əlaltıları vasitəsilə maraqlı (!) təyinatlar etmək.

3) Külli miqdarda dövlət vəsaiti ayrılmış internat məktəblərinə göydəndüşmə direktorlar yerləşdirmək.

4) İdarədə müəssisə rəhbərlərindən bahalı hədiyyələr toplamaq (sürücüsünün və köməkçisinin tez-tez xidməti maşına qucaq dolusu hədiyyələr daşımasına dair kamera qeydləri əl-əl gəzir).

5) Fotoqraf ərinə iki bahalı-lüks maşın almaq.

6) İdarənin iki müavinini, beş şöbə müdirini kənarlaşdıraraq yerinə təhsili bilməyən, idarəetmə təcrübəsi olmayan öz adamlarını təyin etmək (iş bilməyənlərin, hər əmrini sözsüz yerinə yetirənlərin yanında özünü rahat hiss edir, ona görə yaxın ətrafına gələcək "təmizləmə" planlarını da açıqlayıb).

7) Qoyduğu şərtləri yerinə yetirməyən məktəb direktorlarını, direktor müavinlərini, bağça müdirlərini əmək qanunvericiliyinə zidd olaraq işdən qovmaq (Buna görə də qəzəbə tuş gələnlərin böyük hissəsi məhkəmə qərarı ilə işə bərpa edilir, on minlərlə manat dövlət vəsaiti təzminat kimi ödənilir).

8) Əmək Müfəttişliyinə rekord həcmdə cərimə ödəmək (səhv əmrlərə görə iki ildə şəxsən 30 min manata yaxın müxtəlif cərimələri hansı vəsait hesabına ödəməsi digər yazının mövzusudur).

Rus sektoruna seçim zamanı müsahibə komissiyasının mənfi cavab verdiyi uşaqların bir çoxunu mübhəm şəxsi rəyi ilə müvəffəq etmək (İndiki zamanda bu, şəxsi maraqların təmin olunmasından və rus dilinə şübhəli təəssübkeşlikdən başqa bir şey deyil. Hamı bilir ki, N. Hüseynova ruskoyazıçnı “London çocuqları”ndandaır).

Məktəb yeməkxanalarının və idman zallarının icarəyə verilməsindən rəsmi və müqavilədən kənar (!) ödənişlər üzrə ikili mühasibatlıq yaratmaq (Qaydalara görə məktəblərin ehtiyacı üçün sərf olunmalı bu vəsaiti müavini Anarın vasitəsilə bildiyi kimi xərcləyir, heç bir açıq hesabat vermir).

9) Bakıda məktəbli-bağçalı 800-ə yaxın təhsil müəssisəsinin fəaliyyətini iflic hala salmaq (İkivəzifəli xanım bir dəfə olsun təhsilə, tədrisə həsr olunmuş müzakirə keçirməyib. Bakı üzrə son sentyabr konfransında çıxışını isə bir əməkdaşın alayarımçıq, pedaqoji əsası olmayan hesabatı üzərində qurub. Direktorlar həsrətlə gözləsə də heç bir perspektiv proqram açıqlamayıb, fəaliyyət istiqamətləri göstərməyib. Taleyin ironiyasıdır ki, tədbir zamanı işıqlar və mikrafon da bu rəzalətə dözməyərək sönüb. Bundan qəzəblənən xanım hələ də bu təxribatın və ya taleyin labüd silləsinin səbəblərini və günahkarlarını axtarmaqla məşğuldur.MÜTDA-nın Respublika üzrə sentyabr konfransında isə 3-cü sırada fəxri tamaşaçı kimi oturdulmaqla şərəfləndirilib).

10) İşə qəbul imtahanlarını ləğv edərək şəffaflığa arxa çevirmək, subyektiv müsahibələrlə işə qəbul sistemi icad etmək.

11) Böyük və yağlı məktəblərə öz rəfiqələrini direktor təyin etmək və onları yoxlamalardan qorumaq (Son olaraq 20 nömrəli məktəbə öz ən yaxın rəfiqəsini, hansı ki N. Hüseynovanın ad günündə də məclisin başında oturur və bütün yağlı xahişləri onun vasitəsilə qəbul edir).

12)Günlərlə işə gəlməmək, işə gələndə isə bir dəstə əshabələrlə qarşılanmaq ənənəsi yaratmaq.

Bunlar Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixləridir. Otağında və bahalı restoranlarda rəfiq və rəfiqələri ilə qurduğu məclislərdə danışılanlar, hətta Agentlik, Nazirlik və sistemin əvvəlki rəhbərlikləri haqqındakı müzakirələri Nərminə Hüseynovanın iddialarının geniş üfüqlərə yayıldığını göstərir.

İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb, idarənin direktor müavini professor Hüseyn Əsgərov kimi peşəkar, təhsili dərindən bilən şəxsi də 1 il qabaq işdən uzaqlaşdırıb. Hazırkı iki müavini Xəyalə Əhmədzadə və Anar Qədiməliyev isə yerin boşalmasını, nə vaxt birinci şəxs olacaqlarını gözləməklə məşğuldurlar. Ona görə də hər ikisi sirli şəkildə susur, hələki N. Hüseynova haqqındakı sirr boğçasını doldurmaqda maraqlı görünürlər.

Bakı təhsil şefinin  idarəyə gətirdiyi şöbə müdirləri bir ayrı aləmdir ()Bu barədə ayrıca yazı olacaq- Mia.az).

İdarənin keyfiyyətsiz fəaliyyəti ilə keyfiyyətə cavabdeh şöbəsinin olmayan işindən isə danışmağa dəyməz.

Təchizat şöbəsi də özlərinin dediyi kimi təcili yardım xidməti göstərirlər, ürəyi gedən binalara valokardin iylətməklə məşğuldular. Digər gülməşəkərşöbə müdirləri də onlardan fərqlənməyən Bakı Təhsil İdarəsində at izi it izinə elə qarışıb ki, təhsildən başqa hər işlə narın-narın məşğul olan Nərminə xanım indi də Yeni Azərbaycan Partiyasının İdarədəki nümayəndəsini dəyişmək eşqinə düşüb. Özü YAP üzvü olmayan N. Hüseynovanın belə əqidədə olması da təəccüblü deyil. Bu haqda daha ətraflı yazımız olacaq.

Azərbaycan təhsilinin sahibsiz olduğunu zənn edən, öz sisteminin rəhbərinə "müəllim"siz xitab edə bilən bu zatlar anlamalıdılar ki, təhsilin əsas himayəçisi ölkə rəhbəridir. Onun belə islaholunmaz, hədbilməz səlahiyyət sahibləri haqqında ölçüsü isə çox təsirli ibrətamiz hekayəyə  çevrilir. Çünki təhsil cameəsini narazı salmaq, bu sahəyə ac maraqların təmin olunması yeri kimi baxmaq cənab Prezident İlham Əliyevin kursuna qarşı getməkdən yana olmaqdır. O kursdan kənar yol isə uçuruma aparır. Qəzanız mübarək olmasın!

Nüsrət Dağlarolu

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1141
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Sentyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri