Təhsilin keyfiyyəti diplomun rəngi ilə deyil, əldə olunan nəticələrlə ölçülməlidir
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
"Təhsil sahəsində bəzi məqamlar var ki, onların üzərində daha ciddi düşünməyə ehtiyac olduğunu hesab edirəm. Azərbaycanda Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanları keçirir. Rus bölməsində oxuyan şagirdlər üçün rus, Azərbaycan bölməsində oxuyanlar üçün Azərbaycan dilində imtahanlar təşkil olunur. Bəs son illərdə sayı artan ingilisdilli məktəblərdə və ya universitetlərin ingilis bölmələrinə hazırlaşan şagirdlər üçün vəziyyət necədir?
Əgər bir şagird uzun illər təhsilini ingilis dilində alıbsa, qəbul imtahanlarında onun dil mühitinə uyğun mexanizmlərin olub-olmaması barədə düşünmək lazımdır. Çünki həmin şagird yenə də Dövlət İmtahan Mərkəzinin proqramına uyğun hazırlaşmağa məcbur olur. Bu məsələ müzakirə edilməli və təhsil siyasətində nəzərə alınmalıdır".
Newscenter.az xəbər verir ki, bunları təhsil üzrə ekspert Kəmalə Bayramova deyib. Onun sözlərinə görə, digər bir məsələ isə hələ də cəmiyyətdə “qırmızı diplom” anlayışına həddindən artıq önəm verilməsidir:
"Əslində diplomun rəngindən daha vacib olan məzunun biliyi, bacarığı, analitik düşüncəsi və əmək bazarında özünü təsdiq edə bilməsidir. Təhsilin keyfiyyəti diplomun rəngi ilə deyil, əldə olunan nəticələrlə ölçülməlidir.
Müəllimlərin sertifikatlaşdırılması və təhsil sahəsində aparılan islahatlar vacibdir. Ancaq təhsil sistemində mövcud olan digər boşluqların da araşdırılması, müzakirə edilməsi və həlli istiqamətində addımlar atılması zəruridir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir
26 Avqust 2026 17:43
Ali məktəblərimizdə təhsilin keyfiyyəti bərbaddır Dosent
24 Sentyabr 2025 12:19
“Normalar milli dəyərlərlə ölçülməlidir”
05 Dekabr 2024 12:20
Qan təzyiq belə ölçülməlidir
27 Fevral 2025 10:43
Təhsilin keyfiyyəti təkcə sinif otağında deyil,... EKSPERT ŞƏRH ETDİ
15 İyul 2025 10:33
Baxış sayı:145
Bu xəbər 08 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















