Icma.az
close
up
RU
Tək bir əlaməti vardı: 15 il beynində şişlə yaşadı

Tək bir əlaməti vardı: 15 il beynində şişlə yaşadı

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Boston şəhərində yaşayan 28 yaşlı Nikol Katler, 15 il ərzində fərqinə varmadan beyin şişi ilə yaşadığını öyrəndikdən sonra keçirdiyi prosesi danışıb.


Sherg.az xəbər verir ki, sağlam və formada bir həyat sürən Katler, ilk əlamətləri 22 yaşında Kaliforniyadan Bostona dönüş yolunda hiss edib. Birdən-birə sağ qulağında eşitmə itkisi yaşayan gənc qadın, aldığı diaqnozla sarsılıb.


Həkimlərin apardığı müayinələr nəticəsində beynində “avokado ölçüsündə” bir şiş aşkar edilib. Ona bunun təxminən 15 ildir böyüməkdə olduğu bildirilib. İlk əməliyyatını 2021-ci ilin iyulunda keçirən Katler, şişin yalnız yarısının götürülə bildiyini, nəticədə isə bədəninin sağ tərəfində qismən iflic qaldığını deyib.


“Beynimdə şiş olduğunu öyrəndiyim an həyatımın ən qorxunc anı idi. Bədənim sanki dayandı. 22 yaşım vardı və eşitdiyim şey inanılmaz idi” - deyə Katler bildirib. O, uşaqlıqda yaşadığı sarsaq hərəkətlərin, başgicəllənmələrinin və eşitmə problemlərinin bu şişlə bağlı olduğunu illər sonra anlayıb.

Katlerə diaqnoz qoyulan şişin akustik neyroma olduğu məlum olub. Bu, nadir rast gəlinən beyin şişi növü sayılır. Böyük Britaniya Akustik Neyroma Assosiasiyasına görə, bu xəstəlik 100 min nəfərdən yalnız ikisində müşahidə olunur və illər ərzində yavaş-yavaş böyüyür.

Katler ilk əməliyyatdan sonra altı ay ərzində sağ qolunu istifadə edə bilmədiyini, gəzə bilmədiyini və üzünün sağ tərəfində iflic olduğunu deyib. Sağalma prosesində intensiv nitq, fiziki və üz terapiyaları alıb. 2024-cü ildə isə gülüşünü bərpa edə bilmək üçün sinir köçürmə əməliyyatı keçirib.

“Doktorlar sol ayağımdan sinir götürüb üzümə köçürdülər. Bu, yenidən yeriməyi öyrənmək demək idi. Gülüşüm artıq fərqlidir, amma qəlbimlə gülməyi öyrənirəm” – deyə Katler bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Avqust 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri