Icma.az
close
up
RU
Təkmil islahatlar, yeni hədəflər

Təkmil islahatlar, yeni hədəflər

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan ilə İtaliya arasında siyasi dialoq ən yüksək səviyyədədir və dövlət başçılarının mütəmadi görüşləri əlaqələrin davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, iki ölkə arasında 2015 və 2020-ci illərdə imzalanan sənədlər Azərbaycan-İtaliya münasibətlərinin hüquqi bazasını formalaşdırsa da, tərəfdaşlıq əlaqələrini istiqamətləndirən əsas güc məhz ölkə rəhbərləri arasındakı qarşılıqlı etimad və səmimiyyətdən qaynaqlanır.

Ən mühüm məqamlardan biri energetika sahəsində əməkdaşlıqdır. Azərbaycanın nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdədir. Bu fakt iki ölkə arasında münasibətlərin təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığını bir daha vurğulayır. TAP və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr yalnız iqtisadi maraqlar deyil, həm də siyasi iradə sayəsində həyata keçib. Prezident Mattarellanın vaxtilə bu məsələyə şəxsi müdaxiləsi Azərbaycanın təşəbbüslərinin Avropa üçün əhəmiyyətini bir daha təsdiqlədi.
Hazırda əməkdaşlıq daha geniş miqyas alır. Elektrik enerjisinin ixracı üzrə aparılan işlər, Xəzərin dibi ilə Avropaya yönələcək yeni layihələr Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirəcək. Bu, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirməklə yanaşı, İtaliya ilə münasibətlərə əlavə dəyər qatır. Diqqətçəkən digər bir məqam isə humanitar və təhsil sahəsindəki əməkdaşlıqdır. Oktyabrın ilk günü açılışı keçirilmiş İtaliya-Azərbaycan Universiteti iki xalq arasında körpü rolunu oynayır. Burada təhsil alan gənclər gələcəkdə münasibətlərin möhkəmlənməsində əsas missiyanı daşıyacaqlar.
Azərbaycan-İtaliya tərəfdaşlığı Avropa İttifaqı ilə münasibətlər kontekstində də xüsusi əhəmiyyət kəsb edir. İtaliya həmişə Azərbaycanın Aİ ilə əməkdaşlığını dəstəkləyib və bu gün də bu dəstək açıq şəkildə hiss olunur.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı bir daha göstərir ki, Azərbaycan və İtaliya arasında tərəfdaşlıq təkcə siyasi sənədlərdə deyil, real həyatda da öz təsdiqini tapır. Bu münasibətlər regionda sabitliyə və inkişafa böyük töhfələr verir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri