Təl Əvivdə hava hücumu xəbərdarlığı ilə bağlı sirenlər səsləndirilib
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Hazırda İsrailin paytaxtı Təl-Əvivdə hava hücumu sirenləri və partlayış səsləri eşidilir.
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, İranın raket zərbələrindən sonra Təl-Əvivdə hava hücumu xəbərdarlığı ilə bağlı sirenlər səsləndirilib. Şəhərin hava məkanında partlayış səsləri də eşidilir.
Raket düşməsi və ya itki barədə isə heç bir məlumat verilməyib.
Qeyd olunur ki, hava hücumu xəbərdarlığı ilə bağlı sirenlər əsasən İsrailin mərkəzi hissəsində işə düşüb.
Xatırladaq ki, fevralın 28-də İsrail İrana qarşı "qabaqlayıcı" hücumlar elan edib.
Ağ Ev İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edərək , bunun "yaxınlaşan təhlükəni aradan qaldırmaqla Amerika xalqını qorumağa" yönəldiyini vurğulayıb.
Baxış sayı:122
Bu xəbər 03 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















