Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Tələb yerinə yetirilməlidir: Rusiya təzminat verməli olacaq

Tələb yerinə yetirilməlidir: Rusiya təzminat verməli olacaq

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı-Qroznı reysi ilə hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğramasına görə Rusiya Prezidentinin üzr üstəməsinə baxmayaraq, məsələyə lazımi yekun hüquqi qiymət verilməyib.

Rusiya tərəfi müxtəlif bəhanələrlə sərnişin təyyarəsinin vurulması faktını etiraf etməkdən yayınır. Halbuki, baş vermiş cinayət əməlinə görə zərərçəkən tərəf kimi Azərbaycana maddi təzminat ödənilməli, hava gəmisinə atəş açan və onu qəzaya yönləndirən şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu, yalnız Azərbaycanın tələbi deyil, həm də Rusiyanın özünün də qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn hüquqi öhdəlikdir. 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də Rusiyanın günahını etiraf etməsinin vacibliyini və vaxtında üzr istəməli olduğunu deyib. Dövlət başçısının israrlı və qətiyyətli tələbindən sonra Rusiyanın hüquq-mühafizə orqanları artıq ilkin istintaq hərəkətlərinə və bu hadisəyə görə məsul olan şəxslərin dindirilməsinə başlayıb.  

Prezident  İlham Əliyev  Azərbaycan təyyarəsinin təsadüfən də olsa yerdən açılan atəş nəticəsində zədələndiyini və sərnişinlərin təhlükəsiz xilası üçün hər hansı tədbir görülmədiyini deyib:

“Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir.

Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın.

Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz.

Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanın sərnişin təyyarəsinə qarşı humanitar terror baş verib. Bu baxımdan, dövlət başçısının prinsipial mövqeyi cinayətin üstünün açılmasında və ona  real hüquqi qiymət verilməsində mühüm rol oynaya bilər:

“Azərbaycana məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin səmasında, Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Bu hadisəyə görə də Rusiya tərəfi hüquqi məsuliyyət daşıyır. Cənab Prezident də qeyd etdi ki, Azərbaycanın şərtləri yerinə yetirilməlidir. Təyyarəyə Rusiya səmasında atəş açıldığı üçün Prezident Putin üzr istəyib. Amma təyyarənin vurulmasına səbəb olanlar, onu yaxınlqıdakı hava limanlarına deyil, Xəzər dənizi istiqamətinə yönəldənlər müəyyənləşməlidir.

Bütün bu məsələlərə çox güman ki, təyyarənin “qara qutu”su Braziliyada oxunduqdan sonra aydınlıq gətiriləcək. Amma cənab Prezidentin məsələyə obyektiv yanaşması, prinsipial mövqeyi, Rusiyadan izahat tələb etməsi,   təyyarəyə atəş açanların və qəzaya səbəb olanların cəzalandırılmasını tələb etməsi çox mühüm əhəmiyyətli addımlardır".

O bildirib ki, Rusiya Azərbaycana kompensasiya da ödəməlidir:

"Hələlik rəsmi Moskva məsuliyyətdən yayınmağa  çalışsa da, Putin təyyarənin Rusiya səmasında kənar fiziki müdaxiləyə məruz qaldığını etiraf edib. Prezident də qeyd etdi ki, təyyarənin quş sürüsü ilə toqquşması nəticəsində qəzaya uğraması barədə deyilənlər cəfəng iddialar idi. İnsanların bilərəkdən ölümə göndərilməsi, təyyarənin dənizə yönləndirilməsi  terrorun bir növüdür.

Hesab edirəm ki, Azərbaycan Rusiyaya nota verməlidir. Fikrimcə, bu hadisənin arxasında siyasi məqsəd var. Təyyarəyə atəş açan “Pansir” sistemi Çeçenistan ərazisindən çıxarıldı. Cənab Prezident də bu səbəbdən Rusiyaya sərt mesajlar verdi”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri