Icma.az
close
up
RU
Tələbə adını qazananlara vacib MƏSLƏHƏTLƏR

Tələbə adını qazananlara vacib MƏSLƏHƏTLƏR

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, ali məktəblərə ixtisas seçimlərinin nəticələri avqustun 22-də elan olunub.

Bakupost.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev sosial şəbəkə hesabında tələbə adını qazananlar üçün bir neçə qızıl məsləhətlərini qeyd edib.

"İllərin ali məktəb müəllimi kimi bundan sonrakı dövr üçün iki yol göstərim:

1) Təki ali məktəbi bitirim, diplom alım və ondan sonrası asandır;

2) Ali məktəbi bitirim, tələbə illərində əldə etdiyim şanslarla irəli, ancaq irəli gedim və 11+4 ildə mənə ailəmin qoyduğu kapitalı yüz qat, min qat əvəzini çıxım və xəyalımda olan işə və uğura nail olum...

Birinci yol çox asandır. Dərsə gələcəksən, düşəcəksən əhatəyə, mən gəncəm öz həyatımı yaşayım, kafe, mollar, geyim keçim, gəzmək və sairələrə başın qarışacaq, dərslərdə zəif iştirak edəcəksən, müəllimlərin gözündən düşəcəksən, bir təhər imtahan və kollekium zamanı köçürmə edəcəksən, beynində heç nə qalmayacaq, amma yenə də bitirib ali məktəbi iş axtarmağa başlayacaqsan. Məcbur olub öz sahən üzrə deyil, ağır, yorucu və sizə uğur gətirə bilməyən işlərdə ömürünüzü başa vuracaqsınız..

İkinci yol isə daha asandır, sadəcə bunun üçün müəyyən şərtlər var ki, onlara əməl etmək lazımdır:

1) Yuxu rejimi çox önəmlidir. Buna diqqət etmək;

2) Müəllimlər verən mühazirələri oxumaq, onlarla bağlı qeydlər edib, qaranlıq qalan məsələni soruşmaq;

3) Dərs mövzusu ilə bağlı əlavə bədii və elmi kitablar oxumaq. Əlavə bilgi səni bir pillə yuxarıda saxlayacaq;

4) Universitetin ictimai həyatında iştirak etmək, bilik qruplarında və tələbə gənclər təşkilatında fəallıq göstərmək;

5) Debat klubların üzvü olmaq və yeni-yeni biliklər qazanmaq ;

6) Kitabxanalara qeydiyyatdan keçmək. Xüsusilə Axundov və Elmlər Akademiyası kitabxanaları;

7) Yemək rejimini qaydaya salmaq. Səhər ac durub dərsə gəlib, quru yeməklər ilə günü yola vermək olmaz. Normal qida rejimi önəmlidir. Belə olanda dərs zamanı fiziki gücün yerində olacaq;

8) Enerji və qazlı içkilərdən, o cümlədən zərərli vərdişlər olan spirtli içkilər və siqaretdən uzaq durmaq - Bu, sizi fiziki olaraq o qədər əldən salacaq ki, ikinci yol yox, birinci yola gedəcəksiniz;

9) Qrup olmağı öyrənin - "ay, bu belədir, o elədir" söhbəti etməyin. Qrup olun. Bir-birinizdən möhkəm yapışın, birgə qərarlar verin. Dekanlıq, müəllimlər üçün xəbər yox, birlik aparın. Bir-birinizin qədrini bilin. Siz bir olsanız, istədiyiniz hər şeyə nail olacaqsınız;

10) Xarici dil (dilləri) məsələsinə ciddi yanaşın. Xarici dil öyrənin - bu, çox önəmlidir. Kitablar oxuyun, filmlərə baxın, kurslara gedin...4 il qısa müddətdir, karyera isə uzun və ağır yoldur;

11) Valideyin və qohumlara çox arxayın olmayın. Elə müəllimlər var ki, prinsipləri o qədər böyükdür ki, dünya dağıla, heç kimə qulaq asmırlar. Onlar üçün bilik daha çox vacibdir. Ona görə daima hazırlıqlı olun;

12) Azərbaycanı çox, çox, çox sevin! Şəhidlər, qazilər, tarix və ədəbiyyat barədə bilikli olun. Ən azı öz rayon və şəhərinizin qəhrəmanlarını tanıyın. Bu bilik sizi bir anda uğurlu bir yola salacaq və müəllimlər və rəhbərlik sizə böyük hörmət edəcək;

13) Könüllük proqramlarına qoşulun;

14) Sevin və sevilin. Sevgi dünyanı xilas edəcək;

15) Ata-ananızın qədrini bilin, ailənizə bağlı olun, mütəmadi onlarla danışın, onlardan heç nə gizlətmək olmaz.

Bizlər Sizləri gözləyirik. Hər zaman da yanınızdayıq. Müəllimlər yeni bir tələbə yox övladlar gözləyirlər. Çəkinmədən müəllimlərə valideyn gözü ilə baxın..

Sizləri çox sevirik və ona görə iki yoldan birini seçməli olsanız belə sizin yanınızda olacayıq",- o, əlavə edib.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Avqust 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri