Icma.az
close
up
RU
Tələbə adının mükafatlandırılması: Ali təhsilə başlamağın mükafatı avtomobil olmamalıdır Video

Tələbə adının mükafatlandırılması: Ali təhsilə başlamağın mükafatı avtomobil olmamalıdır Video

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl ali təhsil müəssisəslərinə qəbul imtahanlarının nəticələri açıqlandı. Mənim övladımda qəbul olunan tələbələr arasında idi. Düzü, çox sevinmişdik...

Ötən gün, böyük oğlum kədərli halda mənimlə öz fikirlərini bölüşməyə çalışırdı:

- Ana, ötən il universitetə qəbul olunmamış sinif yoldaşlarımdan biri bu il ili 3500 manat olan özəl universitetlərdən birinə daxil olub, valideynləri ona maşın alıb, uşaq bizə “hava atır”. Ana, valideyn necə razı olur ki, övladı ilk il daxil ola bilmir, sonra pulluya daxil olur və bunun qarşılığında mükafatlandırılır? Ana, bu qərar düzgündürmü?

Oğlum çox suallar verdi. Həmin sinif yoldaşının dərs oxumadığını, illərdir hazırlığa getdiyini, nəticələrinin zəif olduğunu, nəticədə valideynin onu bu şəkildə mükafatlandırmasını başa düşə bilmədiyini mənə izah etməyə çalışırdı. Oğlum deyirdi ki, "hər kəs özü üçün təhsil almalıdır ki, gələcəkdə büdrəməsin, hərhansı bir valideyn niyə buna görə övladını mükafatlandırmalıdır ki?" Və izah etməyə çalışırdı ki, belə uşaqların gələcəkdə necə mütəxəssis olacağı şübhə doğurur.

Mən başa düşürdüm ki, oğlum bunu qısqanclıq məqsədi ilə etmir. Çünki onun idarə edə biləcəyi avtomobil var, istədiklərini əldə edə bilir...

Düzü, bəzən valideynlər mükafatlandırma prosesini düzgün idarə edə bilmirlər.

Təhsil almaq, gələcəkdə hərhansı bir iş sahibi olmaq uşağın özü üçün daha vacibdir. Valideyn bunu kiçik yaşlarında uşağına aşılamalıdır ki, “mən bir gün həyatda olmasam, sən özün ayaqüstə dayanmağı bacarmalısan”...

Mükafatlandırma prosesi elə bir şəkildə aparılmalıdır ki, uşaq bunun üçün əlindən gələni etsin və mükafat xatirinə nəticə göstərməsin, özü nəyəsə nail olduqdan sonra mükafatlandırılsın.

Ali təhsil müəssisəsinə qəbul olunmaq uşağın təməl vəzifəsi olmalıdır. Uşaq başa düşməlidir ki, gələcək həyatında ayaqda qala bilmək üçün təhsili olmalı, öz üzərində çalışmalıdır.

Yaxşı xatırlayıram ki, illər öncə bir xanım iki oğlu olan bir xanımın böyük oğlu universitetə daxil olanda valideyni ona avtomobil hədiyyə etmişdi. Ancaq təəssüf olsun ki, övladının tələbə biletini övladı qəza edib, dünyasını dəyişdikdən sonra ala bilmişdi...

Qısaca demək istədiyim odur ki, ali təhsilə qəbul olan övladı mükafatlandırmaq üçün avtomobil kimi böyük səbəb hazırlanmamalıdır. Bu, uşağın öz qarşısına qoyduğu məqsəd və amal olmalıdır. Uşaq avtomobili özü öz imkanları ilə almalıdır ki, idarə edəndə də dəyərini bilsin.

Uşaq vaxtı bir hekyə oxumuşdum, yəqin siz də xatırlayarsınız:

Ata övladı üçün hər şey edir, çalışır, çarpışır, əziyyət çəkir, uşaq bunun belə olmasını normal qəbul edir, atasının qazancını su kimi hədər edir, xərcləyir. Bir gün ata yorulur və övladından çalışmasını tələb edir. Oğul çalışmağa başlayır, qazancını atasına verir, ata həmin pulu ocağa atıb yandırır. Bütün ay çalışmış, yorulmuş, əziyyət çəkmiş oğul əlləri yanmasına baxmayaraq ocaqdan pulu götürüb, atasından niyə bu addımı atdığını soruşur. Ata cavab verir: "Görürsənmi əziyyət çəkərək, qazandığın necə dəyərlidir? Mən də belə əziyyət çəkirdim".

Bu gün bəzi valideynlər bu vəziyyəti başa düşməlidir. Əziyyətsiz əldə edilən nə varsa, ucuz olur. Uşaqlarınız üçün dünya malını ucuzlaşdırmayın. Ən əsası ali təhsilin mükafatlandırma prosesinə heç bir təsiri olmamalıdır. Bu, yanlış addımdır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri