Tələbə kimi İstanbula gəldi, indisə... Diarra 5 milyona Avropa klubuna transfer oldu
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə birinci liqasına çıxış edən "İstanbulspor"un formasını geyinən Gaoussou Diarra karyerasında yeni səhifə açıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2023-cü ildə universitet təhsili üçün İstanbula gələn və qısa zamanda, adıçəkilən komandanın diqqətini çəkən Mali vətəndaşı Gaoussou Diarra "İstanbulspor"dakı inanılmaz performansından sonra təxminən 5 milyon avro qarşılığında Niderlandın "Feyenoord" klubu ilə anlaşıb.
Məlumata görə, "Feyenoord" əgər onu başqa kluba satarsa, o zaman satış haqqının 15 faizini də "İstanbulspor"a köçürəcək.
Xatırladaq ki, "İstanbulspor"da 37 oyuna çıxan Diarra 16 qol vurub, 2 məhsuldar ötürmə edib.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:Qalatasaray dan böyük transfer Ulduz futbolçu İstanbula gəldi
28 Avqust 2025 12:51
Portuqaliyalı ulduz İstanbula gəldi
05 İyul 2025 01:26
Qalatasarayın sabiq ulduzu İstanbula gəldi
14 Dekabr 2024 22:40
Göyçayda ZƏHƏRLƏNMƏ 5 tələbə qız xəstəxanalıq oldu
22 Yanvar 2025 10:51
Göyçayda 5 tələbə qız zəhərlənib
22 Yanvar 2025 10:26
Baxış sayı:92
Bu xəbər 23 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















