Icma.az
close
up
RU
“Tələbə statusu hüquqi baxımdan müəyyən sosial imtiyazları ehtiva etməlidir” Kamran Əsədov

“Tələbə statusu hüquqi baxımdan müəyyən sosial imtiyazları ehtiva etməlidir” Kamran Əsədov

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tələbələr üçün nəqliyyatda aylıq və ya illik bilet sisteminin tətbiqi təhsil siyasətinin sosial ədalət və iqtisadi bərabərlik prinsipinə əsaslanan mühüm addım ola bilər".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov tələbələr üçün nəqliyyatda istifadə üçün aylıq və ya illik bilet sisteminin tətbiqi ilə bağlı təklifə münasibət bildirərkən dedi.

"3 il ərzində apardığım təhlil göstərir ki, Azərbaycanda tələbələrin böyük hissəsi təhsil aldığı yerə gündəlik nəqliyyatla gedir və bu, onların aylıq xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, tələbələrin orta aylıq xərclərinin təxminən 18-20%-i nəqliyyat vasitələrinə sərf olunur. Paytaxtda yaşayan tələbələr üçün bu göstərici daha yüksəkdir, çünki Bakı şəhərində gediş haqları ilə yanaşı, vaxt itkisi və marşrutlar arasında keçidlər də əlavə xərc formalaşdırır. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin tələbələrin sosial rifahını yaxşılaşdırmaq istiqamətində atdığı addımlar, xüsusilə Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən sosial layihələrin genişlənməsi, sistemli düşünülmüş yanaşmanın nümunəsidir", - deyə o, qeyd etdi.

Ekspertin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə tələbələr üçün nəqliyyat subsidiyası və güzəştli abunə sistemləri təhsil siyasətinin ayrılmaz hissəsidir:

"Məsələn, Almaniyada “SemesterTicket” adlı sistem tətbiq olunur və tələbələr semestr başına cəmi 150–200 avro ödəməklə bütün regional nəqliyyatdan limitsiz istifadə edə bilirlər. Türkiyədə tələbə kartı ilə 50%-ə qədər endirim tətbiq edilir və bu güzəşt dövlət tərəfindən subsidiyalaşdırılır. Finlandiyada və Polşada tələbələr üçün nəqliyyat endirimləri 30-40% civarındadır. Belə bir sistemin Azərbaycanda tətbiqi yalnız sosial deyil, həm də iqtisadi baxımdan faydalı olacaq. Bir tərəfdən, tələbələrin xərcləri sabitləşəcək, digər tərəfdən ictimai nəqliyyatdan istifadə artacaq, bu isə həm ekoloji, həm də şəhər planlaması baxımından müsbət nəticə verəcək".

K.Əsədovun dediyinə görə, təhlil göstərir ki, bu sistemin tətbiqi gənclərin təhsil motivasiyasını da artıracaq:

"Azərbaycan gənclərinin 65%-i universitetə piyada və ya ictimai nəqliyyatla gedir, onların 42%-i isə gündə azı iki marşrut dəyişməyə məcburdur. Nəqliyyat xərclərinin sabitləşdirilməsi tələbələrin dərsə davamiyyətini və akademik iştirakını gücləndirə bilər. “Ümumi təhsil haqqında” Qanunun 9-cu maddəsində təhsilalanların sosial rifahına yönəlmiş tədbirlərin dövlət orqanları və ictimai qurumlar tərəfindən birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu maddə Təhsilin İnkişafı Fondu kimi qurumların məsuliyyətini daha da artırır, çünki Fond artıq yalnız təqaüd və qrant dəstəyi ilə deyil, həm də sosial proqramlar vasitəsilə təhsil bərabərliyini təmin etməlidir.

Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi sosial yönümlü təşəbbüslər, o cümlədən təhsil kreditləri, tələbə təqaüdlərinin artırılması və “Təhsilin İnkişafı Fondu”nun fəaliyyəti, gənclərin təhsil yükünü azaltmaq istiqamətində strateji və məqsədyönlü yanaşmanın göstəricisidir. Fondun 2025-ci il üçün açıqladığı hesabatda göstərilir ki, 11 mindən çox tələbə müxtəlif sosial və akademik dəstək mexanizmlərindən yararlanıb. Bu istiqamətdə nəqliyyat subsidiyası mexanizminin də əlavə edilməsi tələbələrin sosial müdafiəsini tamamlaya bilər.

Mənfi tərəf kimi, bu sistemin tətbiqi mərhələsində dövlət büdcəsinə əlavə yük düşməsi mümkündür. Lakin uzunmüddətli perspektivdə bu xərclər investisiya xarakteri daşıyacaq, çünki təhsil alan gənclərin sosial sabitliyi, iştirak səviyyəsi və peşəkar inkişafı daha güclü olacaq. Nəticədə, əmək bazarına daxil olan gənclər daha intizamlı və məsuliyyətli olacaq, bu isə iqtisadi səmərəliliyi artıracaq".

Müsahibimiz qeyd etdi ki, hazırda Azərbaycanda tələbələr üçün nəqliyyatda ayrıca güzəştli mexanizm mövcud deyil:

"Bu, təhsil siyasətində boşluq yaradır, çünki tələbə statusu hüquqi baxımdan müəyyən sosial imtiyazları ehtiva etməlidir. Məsələn, müəllimlər, hərbçilər və digər sosial qruplar üçün bu cür güzəştlər tətbiq edilir. Deməli, tələbə təbəqəsinin də sosial statusu qanunla qorunan şəkildə təmin edilməlidir.

Bu təklifin həyata keçirilməsi, Elm və Təhsil Nazirliyi ilə Bakı Nəqliyyat Agentliyi və İqtisadiyyat Nazirliyi arasında koordinasiyalı şəkildə aparılsa, yalnız sosial ədalət baxımından deyil, həm də şəhər nəqliyyatı sisteminin səmərəliliyini artırmaq baxımından böyük uğur olacaq. Təhsilin İnkişafı Fondunun bu prosesdə iştirak etməsi həm dövlət, həm də ictimai sektor arasında tərəfdaşlıq nümunəsi formalaşdıracaq. Beləliklə, tələbələrin xərcləri stabilləşəcək, təhsilə çıxış imkanları bərabərləşəcək və bu, dövlətin sosial siyasətinin real icra mexanizminə çevriləcək. Elm və Təhsil Nazirliyinin bu kimi təşəbbüsləri cəmiyyətin gənclərə verdiyi dəyərin təzahürüdür və Azərbaycanın sosial rifah modelinin təhsilə əsaslandığını bir daha təsdiqləyir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri