Tələbələr narkotik satan kişini döyüb öldürdülər
Lent az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Stavropol diyarında əcnəbi tələbələr narkotik kuryer zənn etdikləri kişini döyüb öldürüblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Predqornı rayonunun Sanamer kəndi ərazisində baş verib.
Yerli tibb və əczaçılıq universitetinin dörd mərakeşli tələbəsi 44 yaşlı kişinin narkokuryer olduğunu düşünüb. Onlar beysbol çubuğu ilə onu döyərək öldürüblər. Kişinin meyiti meşədə tapılıb.
Tələbələr qaçmağa çalışsalar da, saxlanılıblar. Onlara qarşı xüsusi amansızlıqla və qabaqcadan əlbir olaraq qrup şəklində adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Baxış sayı:108
Bu xəbər 31 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















