Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Tələbələr və təqaüdçülər üçün gediş haqqı azaldılır

Tələbələr və təqaüdçülər üçün gediş haqqı azaldılır

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycanda ictimai nəqliyyatdan istifadə edən azyaşlılar və tələbələr üçün gediş haqqının yarısının, yəni 25 qəpik müəyyən edilməsi barədə təkliflərə münasibət bildirib. 

Sədr müavini Pravda.az-a deyib ki, Azərbaycanda beş yaşadək uşaqlar üçün ictimai nəqliyyatdan istifadə pulsuzdur. 

“Beş yaşadək məktəbəqədər hazırlığa və məktəbə gedən uşaqlar, eləcə də tələbələr üçün əlavə güzəştlər nəzərdə tutulması olduqca məqsədəmüvafiq olar. Bu, beynəlxalq təcrübədə də var. Dünya təcrübəsində belədir ki, həm məktəb yaşlı uşaqlar, həm də tələbələr üçün nəqliyyatdan istifadə məqsədilə aylıq və illik güzəştli şərtlərlə abonomentlər verilir. Bu abonomentlər onların avtobuslardan, eləcə də metrodan istifadə etmələrinə şərait yaradır. Bu qaydanın ölkəmizdə tətbiqi olduqca müsbət qarşılanar, ailələrin büdcəsinə əlavə yardım olar. Tələbələr də büdcələrinə qənaət etmiş olarlar”. 

Qeyd edək ki, yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gedişhaqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. 

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bugünkü reallıqda gedişhaqqının 25 qəpik olması mümkün deyil: “İctimai nəqliyyat fondu yaradıldıqdan, bu fondda müəyyən məbləğ cəmləşdikdən, daşıyıcılarla "Brutto" müqaviləsi imzalandıqdan sonra gələcəkdə müəyyən həssas qruplar üçün güzəştlər tətbiq edilə bilər. Müxtəlif gedişhaqqı paketlərinin - günlük, həftəlik, aylıq, illik paketlərin tətbiqi də gündəmə gələ bilər. Bunun üçün yeni sistem qurulmalıdır. Yeni sistemin əsas bazası isə cənab Prezidentin fərmanıdır ki, əsas məqsədlərə nail olduqdan sonra güzəştli gedişhaqqı məsələsinə baxıla bilər. Düşünürəm ki, həssas qruplara güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olar". 

İqtisadçı Natiq Cəfərli hesab edir ki, hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri olmalıdır: “Bu biletləri alan vətəndaşlar üçün fərqli tariflər müəyyən edilməlidir. Əgər bir günlük bilet alınırsa və gün ərzində dəfələrlə nəqliyyatdan istifadə edilirsə, bunun qiyməti, məsələn, 2 manat ola bilər. Aylıq biletlər, təxminən 30 manat, altı aylıq biletlər 140 manat, illik biletlər isə 220 manat ola bilər. Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm də rahatdır. Nəqliyyat şirkətlərinə də bu sistem sərfəlidir, hər dəfə öncədən pul almaqla, öz problemlərini, borc-xərclərini həll edə bilərlər. Bundan başqa, şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar olmalıdır, qiyməti isə normal qiymətlərdən azı 2 dəfə ucuz olmalıdır, məsələn, tələbə, şagird, təqaüdçü cəmi 100 manat (altı aylıq 55 manat) ödəməklə il ərzində ictimai nəqliyyatdan məhdudiyyətsiz istifadə haqqı qazanmalıdır. İldə 2-3 dəfə səs-küy salıb nəqliyyatda gedişhaqqından danışıb, sonra artırırlar, amma bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır”. 

Hüquqşünas Ərşad Hüseynovun fikrincə, yeni mexanizm sürücü rəqabətini aradan qaldıracaq: ""Tarif menyusu" modeli, yəni aylıq və illik paketlər, bir neçə marşrut üzrə vahid biletlərin tətbiqi gündəmdədir. İctimai nəqliyyat sırf kommersiya məqsədli fəaliyyət deyil. Bu, sosial əhəmiyyət daşıyan sahədir və hər kəs üçün əlçatan olmalıdır. Əlçatanlıq isə sərfəli gedişhaqqı, dayanıqlı və keyfiyyətli xidmət deməkdir. İndiyə qədər biz bu sistemin effektiv fəaliyyətini görə bilmirdik, çünki əsas maliyyələşmə mənbəyi məhz sərnişinlərdən toplanan gedişhaqqı idi. Bu səbəbdən də daşıyıcılar sərnişin uğrunda mübarizə aparır, yeni avtobusların alınmasında çətinliklər yaşayırdılar. Ancaq dövlət dəstəyi ilə bu problemlərin həlli real və mümkün olacaq. Yeni sistemin əsas mahiyyəti ondan ibarətdir ki, yanacağın üzərində olan yol vergisinin bir hissəsi ictimai nəqliyyat fonduna yönəldiləcək".  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri