Tələbələrə ŞAD XƏBƏR Bu gündən təqaüdlərin məbləği ARTIRILDI
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gündən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
Oxu.Az xatırladır ki, bununla bağlı iyulun 24-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:
doktorantura səviyyəsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 manat;
ali təhsil müəssisələrində:
magistratura səviyyəsi üzrə:
- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 manat;
- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 manat;
- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 (yüz iyirmi) manat;
bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 (iki yüz) manat;
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 (yüz altmış) manat;
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 (yüz on) manat;
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 (yüz on) manat;
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 (doxsan) manat;
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 (yetmiş) manat;
peşə təhsili müəssisələrində:
akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 (yüz on) manat;
akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 (doxsan) manat;
akademik göstəriciləri "3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 (yetmiş) manat.
Baxış sayı:107
Bu xəbər 01 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















