Icma.az
close
up
RU
Tələbələrin diqqətinə: Köçürülmə prosesi ləğv oluna bilər?

Tələbələrin diqqətinə: Köçürülmə prosesi ləğv oluna bilər?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son illər bəzi abituriyentlər aşağı bal topladıqları üçün bölgə universitetlərini seçir və daha sonra köçürülmə yolu ilə Bakıdakı universitetlərə keçməyi planlaşdırırlar. 

Mövcud qaydalara əsasən, bu zaman müəyyən bal tələbləri qoyulur.

Bölgə universitetlərinin inkişafını təmin etmək və təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün köçürülmə imkanlarının məhdudlaşdırılması və ya tamamilə ləğv edilməsi müzakirə olunan məsələlərdəndir.

Bəs tələbələr universitetdən başqa universitetə hansı hallarda köçürülə bilər? Bu imkanlar gələcəkdə məhdudlaşdırıla və ya ləğv edilə bilərmi?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Cebheinfo.az”-a verdiyi açıqlamada bildirib ki, tələbələrin bir universitetdən digərinə köçürülməsi son illər həm abituriyentlərin, həm də təhsil ictimaiyyətinin diqqətində olan mövzulardandır:

“Əslində, bu prosesin əsas məqsədi tələbələrin şəxsi səbəblərdən - yaşayış yeri, ailə vəziyyəti, sağlamlıqla bağlı məqamlar və ya təhsil mühitinə uyğunlaşma çətinlikləri kimi hallarda, təhsillərini davam etdirə bilmələri üçün imkan yaratmaqdır. Lakin bəzən bu imkan sui-istifadə halına çevrilir. Belə ki, bəzi abituriyentlər aşağı bal topladıqları üçün bölgə universitetlərini seçim edərək, daha sonra “perovod” yolu ilə paytaxt universitetlərinə keçməyi planlaşdırırlar”.

Onun sözlərinə görə, köçürülmə bal və akademik göstəricilərə bağlıdır:

“Mövcud qaydalara əsasən, köçürülməyə icazə yalnız müəyyən şərtlər daxilində mümkündür. Ən mühüm meyar tələbənin topladığı balın, köçürülmək istədiyi ixtisasın qəbul balına uyğun olmasıdır. Əgər həmin ixtisas üzrə tələbənin balı kifayət etmirsə, köçürülmə mümkün olmur. Bundan əlavə, akademik göstəricilər də önəmli rol oynayır, yəni tələbənin kəsrlərinin sayı və ümumi dərs yükündəki nəticələri ciddi nəzərə alınır. Burada məqsəd yalnız formal keçidlərin qarşısını almaq və keyfiyyətli təhsil prosesini qorumaqdır”.

Ekspert qeyd edib ki, köçürülmə hüququ yalnız əsaslı səbəblərlə məhdudlaşdırıla bilər:

“Gələcəkdə bu imkanların məhdudlaşdırılıb-məhdudlaşdırılmaması məsələsinə gəldikdə, burada iki yanaşma mövcuddur.Bir tərəfdən, tələbələrin şəxsi və sosial səbəblərdən köçürülmə hüququnun saxlanılması vacibdir, çünki bu, onların təhsilini davam etdirməkdə mühüm rol oynayır. 

Digər tərəfdən isə təhsilin keyfiyyətinin qorunması və bölgə universitetlərinin süni şəkildə “ikinci seçim” kimi təqdim olunmaması üçün bu prosesin daha ciddi qaydalarla tənzimlənməsi zəruridir. Əks halda, bölgə universitetlərinin inkişafı ləngiyir, onların cəlbediciliyi azalır və təhsil regionlarda mərkəzləşdirilmiş şəkildə inkişaf etmir.

Bu baxımdan, köçürülmə hüququ tamamilə ləğv olunmasa da, yalnız zəruri hallarda, əsaslandırılmış sosial və sağlamlıq səbəblərinə görə tətbiq olunması daha doğru olardı. Bu, həm tələbələrin hüquqlarını qoruyar, həm də universitetlərarası balansı saxlamış olar. Belə bir mexanizm həm bölgə universitetlərinin inkişafına təkan verər, həm də təhsil sistemində keyfiyyətli və ədalətli yanaşmanı təmin edər”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: tələbələr köçürülmə Əmrah Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri