Icma.az
close
up
RU
Tələbələrin təqaüdləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Tələbələrin təqaüdləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar.

Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərinin artırılmasının mümkün olub-olmamasıdır.

Hökumət bu addımı ata bilərmi? Dominos pizza

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, tələbə təqaüdlərinin artması gözləniləndir: "Metro xətlərinin ayrılmasından sonra xüsusilə tələbələr üçün müəyyən çətinliklər yaranıb. Onların maddi imkanları kifayət qədər deyil. Buna görə də təqaüdlərin artırılması, tələbələr üçün güzəştlər məsələləri nəzərə alınmalıdır".

Deputat vurğulayıb ki, büdcə məsələləri ilə bağlı müzakirələr zamanı tələbə təqaüdlərinin artırılması mövzusunun da qaldırılması nəzərdə tutulub: "Növbəti il minimum, orta aylıq əməkhaqqının, müavinətlərin artması gözlənilir. Təqaüdlərlə bağlı da müsbət addımın atılacağını düşünürəm".

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 1 sentyabr 2025-ci ildən etibarən tələbə təqaüdləri belə müəyyən edilib:

1. Doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 manat;

2. Ali təhsil müəssisələrində:

Magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 manat;

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 manat;

3. Orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 manat;

4. Peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 manat;

- akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 manat

- akademik göstəriciləri "3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 manat.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Oktyabr 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri