Icma.az
close
up
RU
“Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır”

“Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır".

Bunu "Yeni Sabah"a təhsil eksperti Elşən Qafarov bildirib.

O, ixtisasalar üzrə təhsil haqlarının artırılması barədə danışarkən qeyd edub: Pepperoni pizza

"Azərbaycanın dövlət təhsil müəssisələrində təhsil haqlarını Nazirlər Kabineti müəyyən edir və hər bir ixtisas üzrə hazırlıq qiyməti dəqiqləşdirilir. Özəl təhsil müəssisələrində isə qiymətlər sərbəst şəkildə tətbiq olunur və hər hansı xüsusi məhdudiyyət yoxdur".

E. Qafarovun sözlərinə görə, əgər 2025–2026-cı tədris ili üçün təhsil haqlarında artım nəzərdə tutulsaydı, bu, ən azı 6 ay öncə elan olunmalı idi:

“Görünən odur ki, növbəti təhsil ili üçün təhsil haqlarında hər hansı artım gözlənilmir, ən azı bu tədris ili üçün. Keçən Prezidentin sərəncamı ilə bütün tələbələrin təqaüdlərində müvafiq artım edildi. Uzun müddətdir ki, təqaüdlərdə artım olmurdu. Növbəti artımın nə vaxt olacağı isə Prezidentin səlahiyyətində olan məsələdir”.

Ekspert qeyd edib ki, hər il üçün təhsil büdcəsindən təhsil xərcləri hesablanır və Nazirlər Kabineti büdcəni adambaşına düşən maliyyə normativlərinə uyğun olaraq hazırlayır. Qiymətlərin artması da təhsil büdcəsinin artması ilə bağlıdır:

“3 il əvvəlki təhsil büdcəsi ilə bugünkü büdcəni müqayisə etsək, görərik ki, büdcə təxminən 60% artıb. Təhsil büdcəsi artdıqca müvafiq ixtisaslar üzrə kadr hazırlığının qiyməti də artır. Amma bu o demək deyil ki, təhsil haqlarının artması müəyyən problemlər yaradır. Bir neçə il əvvəl ölkədə hər 100 nəfərdən 70-i pullu ixtisasalar üzrə oxuyurdusa, hazırda hər 100 nəfərdən 40-ı ödənişli təhsil alır”.

Elşən Qafarov dünya üzrə inflyasiyanın, eləcə də Azərbaycanda illik 10–15% inflyasiyanın mövcud olduğunu bildirib:

“Düşünürəm ki, hər il ən azı təqaüdlər inflyasiyaya uyğun olaraq artırılmalıdır. 3 ildən bir təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinə ciddi mənfi təsir göstərir. Ali təhsil müəssisələrinin kampus sisteminə keçməsi, yataqxana ilə təmin olunması, kirayə haqlarının Təhsil Tələbə Krediti Fonduna daxil edilməsi çox xoş olardı. Amma bu istiqamətdə inkişaf yoxdur. Elm və Təhsil Nazirliyinin fəaliyyətini görmürük, çünki faktiki olaraq fəaliyyət yoxdur”.

Ekspert əlavə edib ki, ideal təqaüd anlayışı yoxdur və təqaüdün əsas məqsədi tələbənin minimum yaşayış xərclərini qarşılamaqdır:

“Tələbələrimizin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır. Bu məbləğ bir dəfəlik minimum əmək haqqı ilə müəyyən edilsin və minimum əmək haqqı artdıqca tələbələrin təqaüdü də artsın. Ən azı ilkin mərhələdə bunu etmək mümkündür”.

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Avqust 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri