Icma.az
close
up
RU
Tələbələrlə bağlı fikirləri qalmaqal yaradan ekspertlə MÜSAHİBƏ

Tələbələrlə bağlı fikirləri qalmaqal yaradan ekspertlə MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali təhsil müəssisələrində geyim sərbəstdir. 

Tələbələr istədikləri geyim tərzində universitetə gedirlər. Yəni qısa, uzun, dini geyimlərlə dərslərdə iştirak edirlər. Bununla yanaşı, geyim tərzində mənəvi dəyərlərin, ictimai standartların də əsas götürülməsinin arzuolunan olduğunu deyənlər var. 

Ekspertlərin də tələbələrin geyim tərzinə münasibəti bərmənalı deyil. Belə ki, təhsil üzrə ekspert Elmin Nuri sosial şəbəkədə bu məsələyə toxunub. O yazıb:

“İndi kurtkanı (hansısa üst geyimi) tam geyinməyib, çiyinlərin üzərinə aşıraraq CAPS LOCK-CAPS LOCK gəzməyin adı nədir ki? Bu, nəyin yoxsulluğudur?! 

Məncə, universitet rəhbərləri mühafizə heyətinə bununla bağlı xüsusi tapşırıq verməlidir: bu cür tərzdə dərsə gələn tələbələri (Polad Ələmdar kimi ) elə həyətdəcə özünə çəki-düzən verib, geyim formasının düzgünlüyünü təmin edəndən sonra içəri buraxsınlar. Universitetdə universitet ab-havası olmalıdır...” 

Etiraz edən ekspert tələbələrə geyimlə bağlı hansı təklifi edir? 

Müsahibimiz təhsil məsələləri üzrə ekspert Elmin Nuridir: 

- Tələbələrin geyimi ilə bağlı fikirləriniz bir qədər ajiotaj yaradıb. Bu barədə fikirlərinizə bir qədər aydınlıq gətirərdiniz...

 -Mən xaraktercə demokrat insanam. Xüsusilə də tələbələrlə bağlı mövzularda azad seçim, tələbələrin özünüifadəsi, özünütəsdiqi üçün azad düşüncəli şəxs olmasının vacibliyini bildirmişəm. 

Dəfələrlə “şortik”, saqqal saxlamaq kimi qadağalarda tələbələrin haqlı tərəf olduğunu deyən şəxslərdən biriyəm. Buna misal olaraq dünya universitetlərini göstərmişik ki, bu gün bir çox dünya ali təhsil müəssisələri nələr edir, biz nələr düşünürük. Mən apardığım müşahidələrlə bağlı qısa qeyd etmək istədim. 

Burada məsələ nədən ibarətdir? Məsələ burada geyim formasında deyil. Gödəkçəni və yaxud hər hansı üst geyimi çiynindən yuxarı aşırmaq o qədər də qəbahət sayıla bilməz. Ancaq burada kiçik bir xətt var. Məsələn, bir xanım tələbədir, ona istidir, ictimai nəqliyyatda gəlir, o universitet binasında onu çıxaracağı üçün çiyninə aşırır. Qeyd etdiyim kimi, burada geyim formasından söhbət gedə bilməz. 

Burada məsələ bir qrup tələbəyə aiddir. Bu cür geyim formasında, bir qədər eqolu şəkildə gəzən tələbə qismi var ki, fikirlərimi onlara şamil etmişəm. Burada geyim məsələnin ikinci tərəfidir.  Əsas davranış tərzidir. Bu, mənim subyektiv fikrimdir. 

- Sizcə, tələbənin geyimi ilə bağlı müəyyən məhdudiyyət olmalıdırmı? 

- Bu, mühafizə, qəti qadağa və ya uzaqlaşdırma şəklində olmamalıdır. Məsələn, bəzi universitetlər “şortik” qadağasına görə tələbəni dərsə buraxmayıb. Bu yaxınlarda Azərbaycan Tibb Universitetində qısa geyinən tələbə ilə müəllimin mübahisəsi baş vermişdi, onun universitetə buraxılmaması təklif edilmişdi. 

Burada heç bir qadağa ola bilməz, tələbəyə mühafizə heyəti vasitəsilə tövsiyə xarakterli məlumat verilə bilər. Məsələn, tələbə universitetə daxil olduğunda ona deyilir ki, bura ali təhsil ocağıdır, geyim formasına diqqət etsə, pis olmazdı. Bu, səliqə-sahman kimi də başa düşülə bilər. 

Burada mütləq qadağa, “riayət etməyən universitetdən çıxarılsın” kimi qərarlar düzgün deyil. Mən xaraktercə də qadağanı sevən insan deyiləm. Sosial şəbəkədə etdiyim qeydlərin də məramı budur. Geyim burda əsas deyil, əsas davranış tərzidir. Bununla bağlı universitet tərəfindən tövsiyə xarakterli xəbərdarlıq oluna bilər.

Təbii ki, bunlar subyektiv yanaşmadır. Bunun hər hansı qərar əsaslı olması mümkün deyil. Vətəndaş kimi fikirlərimi ifadə etmişəm. Sosial şəbəkələrdə əks fikirdə olanlar var. Mən hər birinə hörmətlə yanaşıram. 

-Ümumiyyətlə, qeyri-adi geyimə görə tələbə cəzalandırılmalıdır? 

-Xeyr. Mən tələbələrin geyimlə bağlı cəzalandırılmasının tərəfdarı deyiləm. Tələbə nə geyiminə, nə saç və saqqal formasına görə cəzalandırılmalıdır. Bu doğru deyil. Mən qəti buna qarşıyam. Tələbə sadəcə müəyyən nizam-intizama, səliqə-səhmana dəvət edilə bilər. Bu da tövsiyə xarakterli olmalıdır. Ancaq cəza tədbirləri qətiyyən yolverilməzdir. 

-Tələbə geyimi ilə bağlı qayda mövcuddurmu və yaxud olmalıdırmı? 

-Tələbə geyimi ilə bağlı qayda yoxdur. Onların geyimi ilə bağlı hər hansı qaydanın olmasına ehtiyac da yoxdur. Dünyanın heç bir ölkəsində belə detallar yoxdur. Xüsusi təyinatlı universitetlərin öz geyim forması olur. Bunlar başadüşüləndir.Ancaq standart universitet modelində tələbə və yaxud müəllimin geyim formasının tətbiqi absurd olar. 

- Qeyri-adi qeyim tərzi tələbə, o cümlədən valideyn məsuliyyətsizliyindənmi irəli gəlir? Yoxsa günün tələbidir? 

-Xeyr. Tələbə artıq yetkin, azad fikrə malik şəxsdir. Biz onun valideynini məsuliyyətsizlikdə və yaxud hər hansı neqativ halda təqsirləndirə bilmərik. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri