“Tələblərimiz region üçün məntiqlidir” İran XİN
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai regionda gərginlik və danışıqlar prosesi ilə bağlı yeni açıqlama verib.
Redaktor.az xəbər verir ki, Bəqai bildirib ki, İranın əsas tələbləri müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və dondurulmuş İran aktivlərinin azad edilməsindən ibarətdir.
Onun sözlərinə görə, bu mövzular arasında Hörmüz boğazında sərbəst və təhlükəsiz keçidin təmin edilməsi və Livan da daxil olmaqla regionda ümumi təhlükəsizlik məsələləri də xüsusi yer tutur.
Bəqai qeyd edib ki, İranın irəli sürdüyü şərtlər təkcə Tehran üçün deyil, həm də region ölkələri və beynəlxalq ictimaiyyət üçün “məntiqli və qəbul edilə bilən” hesab oluna bilər.
O əlavə edib ki, bütün bu məsələlərin bir paket çərçivəsində müzakirəsi nəzərdə tutulsa da, ABŞ tərəfinin öz tələblərində israr etdiyi bildirilir.
Diplomatik müşahidəçilər hesab edirlər ki, tərəflər arasında fikir ayrılıqları danışıqlar prosesini daha da çətinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 May 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















