Telefona toxunmadan iPhone fənərini necə yandırıb söndürmək olar?
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Müasir smartfonlar o qədər ağıllıdır ki, hətta ən sadə funksiyaları belə, ekrana toxunmadan yerinə yetirmək mümkündür.
“iPhone”də fənəri düyməyə basmadan necə yandırmaq olar?
Lent.az xarici mediaya istinadla bu barədə ətraflı məlumat verir.
Fənəri aktivləşdirmək üçün Siri səsli köməkçisindən istifadə edə bilərsiniz. Bunun üçün Sirini sizə uyğun olan üsullardan biri ilə çağırın:
“Hey Siri” deyin (əgər səsli aktivasiya açıqdırsa) ya da yan düyməni (köhnə modellərdə “Home” düyməsini) basılı saxlayın.
Daha sonra səsli əmr verin: “Fənəri yandır” və ya “Turn on my flashlight”.
Söndürmək üçün isə “Fənəri söndür” və ya “Turn off the flashlight” demək kifayətdir.
Əgər Siri “Hey Siri” əmrinə cavab vermirsə, “Siri və Axtarış” bölməsinə daxil olub bu funksiyanı söndürün, sonra yenidən aktivləşdirin. Sistem səsinizi daha yaxşı tanıması üçün qısa səs tanıma qurulmasını təklif edəcək.
Telefona toxunmadan fənəri yandırıb-söndürməyin digər yolları
Səsli idarəetmədən əlavə, iPhone-da fənəri tez aktivləşdirmək üçün başqa üsullar da mövcuddur: İdarəetmə Mərkəzi vasitəsilə (ekranı aşağı və ya yuxarı sürüşdürərək fənər ikonuna toxunmaq); Action Button düyməsi (iPhone 15 Pro və daha yeni modellərdə bu düyməni fənər üçün təyin etmək olar); Back Tap funksiyası ilə telefonun arxa hissəsinə iki və ya üç dəfə toxunaraq.
Qeyd edək ki, daha əvvəl də mütəxəssislər iPhone-dan fləş kartlara şəkil ötürmək, eləcə də Android telefonlarda sistemi sürətləndirmək üçün keşin təmizlənməsi ilə bağlı faydalı tövsiyələr paylaşmışdılar.
Mütəxəssislər bildirirlər ki, bu cür gizli, lakin praktik funksiyalar gündəlik istifadə zamanı vaxt və rahatlıq baxımından böyük üstünlük yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 08 Yanvar 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















