Icma.az
close
up
RU
Telefonlarımız dinlənir, yazışmalarımız oxunur? Görünməz casuslar iş başında

Telefonlarımız dinlənir, yazışmalarımız oxunur? Görünməz casuslar iş başında

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“İnstagram” rəhbəri Adam Mosseri bildirib ki, platforma istifadəçiləri telefon mikrofonları vasitəsilə dinləmir. Lakin əksəriyyət təsadüfən baxdıqları və ya danışdıqları mövzularla bağlı elə həmin anda reklamlar görməsinin təsadüf olmadığını düşünür.

Həqiqətən telefonlar bizi “dinləyir”? Reallıq nədir?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, sosial şəbəkələr üzərindən danışıqlara və səslərə qulaq asılması iddiaları əsassızdır:

“Çünki milyonlarla insanın səslərini dinləmək üçün nəhəng həcmdə server və məlumat emalı resursları tələb olunur. Bu, həm qanunsuzdur, həm də texniki baxımdan real deyil. Amma sosial şəbəkələr bir sıra alqoritmlər və texnoloji həllər vasitəsilə istifadəçilərin davranışlarını, baxdıqları kontenti və maraq dairələrini təhlil edə bilir. Əgər şəxs sosial şəbəkə tətbiqlərini və ya veb-saytları bağlamırsa, onların arxa planda məlumat toplamağa davam etməsi mümkündür. Bu, əsasən ziyarət edilən resursların və davranış nümunələrinin analizi, həmçinin “piksel treker” texnologiyası vasitəsilə həyata keçirilir. “Meta” şirkəti bu texnologiyadan həm feysbuk, həm də instaqramda istifadə edir və toplanan bilgilər əsasında fərdiləşdirilmiş reklamlar təqdim olunur”.

Fərid Kazımov

Mütəxəssis bildirib ki, sosial şəbəkələr geolokasiya məlumatlarından da yararlanır:

“Məsələn, Azərbaycanda yerləşən istifadəçilərə uyğun, hətta bir kilometrədək dəqiqliklə reklamlar göstərilə bilir.  Ümumilikdə bu sistemlər sosial şəbəkələr üçün kifayət qədər effektiv məlumat toplama vasitəsidir. Lakin bir neçə il əvvəl Mark Zukerberqin öz cihazlarının kamerasını lentlə bağlaması barədə xəbər yayılmışdı. Onun bu addımı da texnologiyanın imkanları barədə ictimaiyyətdə əlavə suallar yaradır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see222

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see189

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see141

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see138

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see130

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see129

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see128

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see124

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see122

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see122

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri