Icma.az
close
up
RU
Telefonunuz hava limanında müsadirə oluna bilər Vacib qayda

Telefonunuz hava limanında müsadirə oluna bilər Vacib qayda

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səyahət edənlərə hava limanlarında tətbiq olunan, lakin bir çoxunun bilmədiyi qayda barədə xəbərdarlıq edilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  məlum olub ki, təhlükəsizlik yoxlaması zamanı telefon və ya başqa elektron cihaz işə düşməzsə, həmin cihazın təyyarəyə buraxılmaması və hətta əlinizdən alınması mümkündür.

Niyə cihazı əlindən ala bilərlər?

Məsələ çox sadə bir detalda batareya səviyyəsindədir. Cihaz o qədər boşalarsa ki, yoxlama zamanı açılmasın, təhlükəsizlik xidmətinin onu bortda daşınmasına icazə verməmək hüququ var. Səyahətdən əvvəl elektron cihazlarınızın şarj olunduğundan əmin olun. Əgər tələb olunduqda cihaz açılmırsa, onu təyyarəyə götürməyə icazə verilməyəcək.

Hansı cihazlara aiddir?

Əl yükündə aşağıdakı cihazlara icazə verilir: Mobil telefonlar, noutbuklar, planşetlər və digər portativ elektron qurğular. Lakin hər biri şarjlı vəziyyətdə olmalıdır. Hava limanı əməkdaşları onlardan hər hansı birinin açılmasını tələb edə bilər. Bu qayda Ryanair, EasyJet və British Airways kimi bir çox beynəlxalq aviaşirkətlərdə qüvvədədir. 

British Airways xəbərdarlıq edir: “Cihazı aça bilmirsinizsə, onu özünüzlə götürə bilməyəcəksiniz. Aeroporta gəlməzdən əvvəl elektron əşyalarınızın şarj olduğunu yoxlayın”.

Tranzit zamanı da diqqətli olun

Hava yolu şirkətləri bildirir ki, transfer zamanı telefonu boşaltmaq risklidir, çünki şarj məntəqələri məhdud ola bilər, bəzi ölkələrdə uyğun adapterlər tapılmaya bilər. TUI şirkəti isə bunun gücləndirilmiş beynəlxalq təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olduğunu xatırladır: “Uçuşa qədər telefonların açıq qalmasını tövsiyə edirik, çünki qapıda əlavə yoxlamalar ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri