Telefonunuz izlənilə bilər Apple dan təcili xəbərdarlıq
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Apple" şirkəti bu həftə bəzi istifadəçilərinə hökumətlərin də istifadə etdiyi casus proqramlarla hədəf alındıqları barədə rəsmi xəbərdarlıq göndərib.
Milli.Az xəbər verir ki, bildirişlərdə istifadəçilərin şəxsi məlumatlarının və cihaz fəaliyyətlərinin izlənə biləcəyi qeyd olunub.
"Apple" əvvəllər də bu kimi hücumlarla üzləşən istifadəçilərə xəbərdarlıqlar etmişdi. Oxşar yanaşmaları son illərdə "Google" və "WhatsApp" da tətbiq edir.
Hazırda yalnız iki şəxs "Apple"dan bu cür bildiriş aldığını ictimaiyyətə açıqlayıb. Onlardan biri, İtaliyada çalışan jurnalist Ciro Pellegrinodur. O, çərşənbə axşamı "Apple"dan mesaj aldığını və mesajda bu bildirişin 100 ölkədə bir çox insana göndərildiyinin qeyd olunduğunu bildirib.
Hazırda Apple bu məsələ ilə bağlı əlavə açıqlama verməyib. Bu səbəbdən hücumun texniki detalları, istifadə olunan casus proqramın növü və mənbəyi hələlik məlum deyil. Ekspertlər bildirir ki, bu tip casus proqramlar adətən özəl texnologiya şirkətləri tərəfindən hazırlanaraq dövlətlərə satılır.
Fidan
Milli.Az


