Icma.az
close
up
RU
Telefonunuzun kamerası bunları da edə bilir

Telefonunuzun kamerası bunları da edə bilir

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Smartfon kamerası gündəlik həyatda bir çox problemin həllinə kömək edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, “How-To Geek” nəşri kameradan foto və video çəkməkdən başqa hansı məqsədlərlə istifadə etməyin mümkün olduğunu araşdırıb.

Jurnalist Toni Filips kameranın süni intellekt imkanlarından istifadə edərək tanımadığı əşyalar haqqında məlumat əldə etməyin və müxtəlif gündəlik məsələləri həll etməyin mümkün olduğunu bildirib.

Müəllifin sözlərinə görə, bu üsul əşyanın adını bilmədikdə və ya axtarış üçün düzgün mətn sorğusu hazırlamaqda çətinlik çəkdikdə xüsusilə faydalıdır.

Filips bu imkanları evinin izolyasiyası ilə bağlı sənəd üzərində də sınaqdan keçirib. O, sertifikatın şəklini çəkərək üzərindəki yazı və loqolar vasitəsilə istifadə olunan material haqqında məlumat əldə etməyə çalışıb. Daha sonra tapdığı məlumatları əlavə olaraq yoxlayıb.

Jurnalist bitkilərə qulluq zamanı da bu üsuldan yararlanıb. O, bitkinin etiketinin şəklini çəkib, istixanasındakı şəraiti göstərən əlavə fotolar təqdim edib. Bu məlumatlar əsasında bitkinin qışda hansı şəraitdə saxlanılması ilə bağlı tövsiyələr əldə edib.

Nəşr qeyd edir ki, bu imkanlardan yararlanmaq üçün şəkilləri təhlil edən və vizual axtarışı dəstəkləyən tətbiqlərdən istifadə etmək olar. Bunun üçün yeni foto çəkmək və ya qalereyadakı şəkli yükləmək, sonra isə maraq doğuran obyekti seçmək kifayətdir. Beləliklə, lazımsız detallar aradan qaldırılır və axtarış daha dəqiq aparılır.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri