Icma.az
close
up
RU
Telegraf gizli anlaşmanın sənədlərini ifşa etdi

Telegraf gizli anlaşmanın sənədlərini ifşa etdi

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, Trump administrasiyasının yeni kritik mineral müqaviləsi təklif etdiyini açıqlayıb. Britaniya mətbuatı, ilkin versiyasından daha geniş və əhatəli olduğu deyilən yeni müqavilə sənədlərini ələ keçirdiyini elan edib. Britaniya mətbuatı, Trumpın “19-cu əsrdən qalma” müqavilə ilə Zelenskinin başına silah dayadığını yazıb.
 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, 3 ildir davam edən Rusiya-Ukrayna müharibəsində Ukraynaya göstərdikləri yardımın əvəzində ölkənin təbii sərvətlərini əldə etmək istəyib.
 

Ukrayna Prezidenti Volodimir Zelenski, mineral müqaviləsini imzalamaq üçün Ağ Evə gedib. Lakin Ağ Evdə baş tutan görüşdə dünyanı şoka salan Trump-Zelenski anlaşması yaşandığı üçün müqavilə dondurulub.
 

ABŞ nümayəndə heyətinin müharibəni bitirmək üçün Riyadda həm Rusiya, həm də Ukrayna heyətləri ilə görüşməsindən sonra Zelenski, ABŞ-nin yeni müqavilə təklif etdiyini açıqlayıb.
 

ABŞ-nin son təklifini “böyük və əhatəli bir müqavilə” olaraq xarakterizə edən Zelenskiyə cavab olaraq Trump, mineral müqaviləsinin “tezliklə imzalanmasını gözlədiyini” bildirib.
 

Telegraf qəzeti, ABŞ-nin Ukraynaya təqdim etdiyi “böyük və əhatəli” müqavilənin sənədlərinə sahib olduqlarını açıqlayıb.
 

Qəzetin məlumatına görə, Trumpın yenilənmiş müqavilə ilə Zelenskinin başına silah dayayaraq kompensasiya tələb etdiyi, Ukraynanın neft, qaz kimi resurslarının yarısından çoxu və demək olar ki, bütün metalları və infrastrukturunun böyük bir hissəsi üzərində hüquq iddia etdiyi bildirilir.
 

Telegraf-ın məlumatına görə, müqavilənin son versiyası müasir dünya diplomatiyası və dövlət münasibətləri tarixində bənzəri olmayan bir sənəd kimi qiymətləndirilir.
 

Atlantik Şurasında enerji hüququ üzrə ekspert, professor Alan Rayli bu müqaviləni “Milliləşdirmə sənədi” kimi xarakterizə edərək bildirib:
 

“Heç bir təminat yoxdur. Heç bir müdafiə maddəsi yoxdur. ABŞ heç nə ortaya qoymur. Amerikalılar çəkilib gedə bilər, amma ukraynalılar gedə bilməz. Daha əvvəl belə bir şey görməmişəm”.
 

Müqavilə Trumpın əsas məqsədinin ABŞ sənayesi üçün resurslar əldə edərək Ukraynanı bir növ ABŞ əyalətinə çevirmək olduğunu göstərir.


Müqavilə, ABŞ və Rusiya arasında enerji tərəfdaşlığı ilə üst-üstə düşdüyü kimi, həm də Rusiya qazının yenidən Avropaya böyük həcmdə tədarükünü və bu prosesdə ABŞ şirkətlərinin əsas pay sahibi olmasını nəzərdə tutur.
 

Ukraynadakı neft, mayeləşdirilmiş qaz da daxil olmaqla təbii qaz, karbohidrogenlər, litium, titan, kobalt, alüminium, sink və daha 50 mineral bu müqaviləyə daxil edilib.
 

Bundan əlavə, müqaviləyə əsasən, Ukraynadakı avtomobil yolları, dəmir yolları, boru kəmərləri, limanlar, terminallar, neft emalı zavodları və digər təbii sərvətlərlə əlaqəli infrastruktur ABŞ-nin nəzarətinə keçəcək.
 

Müqaviləyə görə, ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu yenidən qurulacaq və beş nəfərdən ibarət idarə heyəti olacaq. Onlardan üçü ABŞ tərəfindən seçiləcək.
 

“A” səhmləri adlı qızıl səhmlər ABŞ-nin nəzarətində qalacaq və Ukrayna ən azı 100 milyard dollarlıq müharibə borcunu faizlə birlikdə ABŞ-yə ödəyənə qədər səhmlərin bütün hüquqları ABŞ-də qalacaq.


Ukrayna yalnız “B” səhmlərinə sahib olacaq və səhmlərin 50%-ni yalnız borcunu ödədikdən sonra əldə edəcək. Ukraynadakı istənilən nazirlik və ya qurum səhmlərin idarəsini yalnız iş saatlarında həyata keçirə biləcək.
 

Bundan əlavə, ABŞ Ukraynanın digər ölkələrə resurs satışını veto etmək hüququna sahib olacaq.


İlk layihələr Avropada qəzəblə qarşılanmışdı, lakin indi müqavilənin daha da sərtləşdirildiyi bildirilib. Beynəlxalq hüquqçular bunu “talançı və yeni müstəmləkəçilik” siyasəti kimi qiymətləndirirlər.
 

Telegraf müqaviləni “19-cu əsrdə Avropa gücləri tərəfindən Çinə məcburi şəkildə qəbul etdirilən ədalətsiz müqavilələrə bənzəyir” deyə dəyərləndirib.
 

Telegraf ,müqaviləni “zalım” kimi xarakterizə edib.
 

Professor Rayli isə müqavilənin Avropa İttifaqına üzvlüklə uyğun olmadığını və Trumpın planının bununla bağlı ola biləcəyini bildirib:
 

“Əsas məqsədin Zelenskini bu müqaviləni rədd etməyə məcbur etmək olub-olmadığını düşünürəm”.


Bəsti Rəfizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Mart 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri