Icma.az
close
up
RU
“Telegram” böyük kibercinayətkar şəbəkəni çökdürdü 35 milyard dollar qazanmışdılar

“Telegram” böyük kibercinayətkar şəbəkəni çökdürdü 35 milyard dollar qazanmışdılar

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Populyar mesajlaşma platformalarından biri olan “Telegram” Çin mənşəli ən böyük iki qeyri-qanuni onlayn “Xinbi Guarantee” və “Huione Guarantee” platformalarını bağladığını açıqlayıb. Sözügedən şəbəkələrin 2021-ci ildən bəri fəaliyyət göstərərək kibercinayətkarlara xidmət etdiyi və bu fəaliyyətlərdən 35 milyard dollardan çox gəlir əldə etdiyi bildirilir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Telegram”ın bu addımı kibercinayətkarlıqla mübarizədə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Platformaların bağlanmasından sonra, “Huione Guarantee” öz fəaliyyətini tamamilə dayandıracağını təsdiqləyib. “Blokçeyn” texnologiyaları üzrə araşdırmalar aparan “Elliptic” şirkətinin proqnozlarına görə, bu bağlanma onlayn fırıldaqçılıq şəbəkələrinə ciddi zərbə vuracaq.


Qeyd olunan qeyri-qanuni platformalar oğurlanmış məlumatların satışı, çirkli pulların yuyulması və telekommunikasiya infrastrukturu üzrə xidmətlər təqdim etməklə məşğul olub. “Huione Guarantee” platformasının sahibi olan “Huione Group” ABŞ Maliyyə Nazirliyi tərəfindən “Amerika vətəndaşlarından milyardlarla dollar oğurlayan cinayətkar şəbəkələri dəstəkləməkdə” ittiham olunub və ABŞ maliyyə sistemindən uzaqlaşdırılıb.


Bundan əlavə, qrupun Şimali Koreya tərəfindən həyata keçirilən kiber oğurluq hadisələrindən azı 37 milyon dollar, eləcə də “donuz kəsmə” kimi tanınan fırıldaqçılıq üsulu ilə 36 milyon dollar vəsait "yuduğuna" dair şübhələr var.


“Telegram” nümayəndəsi “Reuters” agentliyinə açıqlamasında bildirib ki, platformada fırıldaqçılıq və çirkli pul yuma kimi fəaliyyətlər qəti şəkildə qadağandır və belə hallar aşkarlanarsa, dərhal aradan qaldırılır.


Bəsti Rəfiadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri