“Telegram” Rusiya hakimiyyətini ifşa edən kanalı sildi 1 milyondan çox abunəçisi vardı
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları və məmurları haqqında məlumatlar dərc edən və eyni zamanda “xarici agent” kimi tanınan “VÇK-OQPU” kanalı “Telegram” messencerindən yoxa çıxıb.
Kanalın müəllifləri onun silinməsini ehtiyat kanalda elan ediblər. Onların sözlərinə görə, kanal xəbərdarlıq edilmədən silinib.
"Hər şey bunun “Telegram” rəhbərliyi tərəfindən edildiyinə işarə edir. Hələlik mən inanmaq istəyirəm ki, bu hadisə Pavel Durovun özünün birbaşa iştirakı olmadan baş verib və onun komandasının ayrı-ayrı nümayəndələri ilə bağlıdır", - məlumatda deyilir.
Bundan əvvəl Baş Prokurorluq və Roskomnadzor “VÇK-OQPU” kanalının “Rusiya Federasiyasında ictimai-siyasi sabitliyi pozmağa, dövlət orqanlarının və Silahlı Qüvvələrin fəaliyyətini gözdən salmağa yönəlmiş məlumatı” dərc etdiyinə görə yığışdırmağı tələb edib.
“Jaba i Gadyuka” kanalı bir sıra kanalların, o cümlədən “VÇK-OGPU”nun yığışdırılmasını tələb edən Taqanski Məhkəməsinin qərarını dərc edib.
2024-cü ilin yayında “VÇK-OGPU” Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi tanınıb. Kanalın 1 milyondan çox abunəçisi var.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















