Icma.az
close
up
RU
Telegram sahibinin kriptovalyuta OYUNLARI: FTX rəisi 2 milyon dolları necə uduzdu?

Telegram sahibinin kriptovalyuta OYUNLARI: FTX rəisi 2 milyon dolları necə uduzdu?

Lent az saytına istinadən Icma.az xəbər verir.

Telegram sahibinin himayəsi altında qurulan dələduzluq sistemi və onların heç kimi şübhəldirməyəcək hiylələri ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu proses Novak Roman Aleksandroviç (həmçinin Yavorski və ya Tsaryov kimi tanınır) adlı şəxsin hətta Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarını aldatdıqdan sonra ortaya çıxıb. 

Roman Aleksandroviç kimdir?

Onu Telegram-ın sahibi Pavel Durovun ən yaxın dostu kimi tanıyırlar. Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. 2020-ci ildə o, xüsusilə böyük məbləğdə dələduzluğa görə, 6 il müddətinə məhkum olunub.

Roman Aleksandroviç

O, Durovu çoxdan tanıyır, eyni universitetdə oxuyub, eyni mühitdə böyüyüblər. Azadlığa çıxdıqdan sonra o, Dubaya köçüb. Orada özünü Telegramın direktorlar şurasının üzvü və İlya Perekopskinin “müavini” kimi təqdim edib.  İlya Perekopski rəsmi olaraq sosial media, blokçeyn və kripto sahələrində tanınan və fəaliyyət göstərən şəxsdir. Onun işi əsasən mərhələli olaraq VKontakte-dən maliyyə texnologiyalarına, sonra isə Telegram və kripto dünyasına keçmişdir. Bu müddətdə “kripto” layihələrinin və blokçeyn investisiyalarının genişlənməsi ilə birlikdə adı həm müsbət, həm də şübhəli müstəvidə hallanır. Beləliklə Romanın Durovun yaxın adamı olmasına heç bir şübhə qalmayıb. Oyunların üstü açıldıqdan sonra isə Durov onun kanalını bloklayıb. Bu barədə bir qədər sonra.

İlya Perekopski

Roman investorları tapmaqda heç çətinlik çəkmir. Onlara “IPO-dan əvvəl endirimlə” Telegram istiqrazları, üç il dondurulması şərti ilə 30–50% endirimlə TON tokenləri, həmçinin TON node-larında iştirakdan sabit gəlir təklif olunub. Oxucularımıza yuxarıda səsləndirdiyimiz çox da tanış olmayan terminləri izah etməyə çalışacağıq.

IPO — şirkətin səhmlərinin ilk dəfə birjada satışıdır. “IPO-dan əvvəl endirim” isə — şirkət birjaya çıxmazdan əvvəl daha ucuz qiymətlə sərmayə cəlb etməsidir. Sadə dildə söyləsək, tutaq ki, gələcəkdə çox məşhur olacağı gözlənilən bir şirkət var. Həmin şirkət hələ birjaya çıxmayıb, hissələri satışda deyil. İnsanları aldadırlar ki, indi bizə pul ver, gələcəkdə hissələrimizi daha baha satacağıq, sən isə xeyli varlanacaqsan. Beləliklə, insanlar gələcəkdə qazanmaq ümidi ilə şirkətə əvvəlcədən pul verirlər.

TON tokenləri isə Telegram-la əlaqəli blokçeyn layihəsi, token isə kriptovalyutadır. Bunu da sadə dildə izah etsək TON Telegram-ın kriptovalyutasıdır. Dollar nədirsə, kriptoda TON da odur, yəni pulun rəqəmsal forması. İnsanlar onu alıb-sata bilər və qiyməti bazarda dəyişir.

TON node blokçeyn şəbəkəsini işlədən kompüter və ya serverdir. Yəni, TON sistemi dünyanın hər tərəfində minlərlə kompüterin birlikdə işləməsi ilə çalışır. O kompüterlərə “node” deyilir. Node sahibi sistemi işlətməyə kömək etdiyi üçün kriptovalyuta ilə mükafat ala bilər. Məsələn, YouTube-u Google serverləri işlədiyinə görə Google pul qazanır. TON-u node-lar işlədiyinə görə node sahibləri pul qazana bilir.

Bu bizneslərə minimum giriş həddi 1 milyon dollar idi, hətta varlı müştərilər üçün hissə-hissə ödəniş imkanı da olub. Daha geniş auditoriyanı cəlb etmək üçün “pool” sistemi təklif olunurdu — bir neçə investor birləşib lazım olan məbləği toplaya bilərdi. İnandırıcılıq üçün screenshotlar, audit görüntüsü və BƏƏ-nin şeyxləri və nüfuzlu ailələri ilə əlaqələrə dair məlumatlar belə təqdim olunub. Novak dəfələrlə Durovla şəxsən ünsiyyətdə olub, onların yaxın dost olduğunu çoxları bilirdi.

Müştərilər arasında Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları da olub, məsələn, Rusiya FTX-nin rəisi İvan Tkaçovda olub. Təbii ki, məsələlərin üstü açıldıqda onu işdən çıxarıblar. Onların yatırımları 2025-ci ildə “dondurmadan çıxmalı” idi. Lakin vəsaiti çıxarmağa cəhd ediləndə məlum olub ki, tokenlər əslində mövcud deyil. Yəni ortada pul filan yoxdur. Novak-Durov cütlüyü tərəfindən 2 milyon dollar itirən zərərçəkmiş bir zəngin başına gələnlər barəsində belə danışıb:

“Onunla tanışlığım exchangerlər vasitəsilə oldu, o zaman o, Telegram brokeri kimi çıxış edirdi. Bu gün o, fintopio.com layihəsinə sahibdir. Bu layihəni o, guya Telegram Wallet-in əvəzedicisi kimi təqdim edirdi və guya Rotenberqlərin vəsaitləri ora yatırılırdı. O, Durovla sıx ünsiyyətdə idi və bu, ona inanmamaq üçün heç bir əsasımız yox idi. Onun digər layihələri barədə də məlumat var, o cümlədən Bali-də tikinti ilə məşğul olan Domogaçki ilə əlaqələri var. Həmçinin ghost_in_the_block adlı Telegram kanalı var idi. Məsələlərin üstü açılan kimi kanal Durov tərəfindən bloklanıb. Kanalın arxivində Novaka və fəaliyyətinə həsr olunmuş çox sayda paylaşım tapmaq olar. Deluxe — Novaka məxsus başqa hesabdır, fragment vasitəsilə hesablar arasında pulun və hədiyyələrin istifadəçi adlarının necə ötürüldüyünü görmək olur. Və o, bunu gizlətmir, profil məlumatında öz NVK (Novak) brendini göstərir.”

Pavel Durov

Qeyd edək ki, Pavel Durov  “Telegram”ın qurucusu və icraçı rəhbəri kimi uzun müddətdir kripto valyuta sahəsində ən fəal şəxs kimi tanınır. Lakin araşdırmalara görə, Durov eyni zamanda Telegram kanalları vasitəsilə investor aldatmaları ilə də məşhurlaşır. Xatırladaq ki, Telegram platforması isə Durov tərəfindən sekurit və etik məsuliyyət məsələsində tənqid olunub. Məsələn, onun 2024-cü ildə Fransa səfirliyi tərəfindən saxlanılması və 12 cinayət maddəsi üzrə ittiham olunması bu kontekstdə göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri