Teleradio İstehsalat Birliyinə yeni rəhbər təyin olunub
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Teymur Əsgərzadə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin baş direktorunun müavini təyin olunub.
Oxu.Az "Trend"ə istinadla xəbər verir ki, eyni zamanda, qurumun baş direktoru vəzifəsinin icrası ona həvalə olunub.
Teymur Əsgərzadə Azərbaycan Dövlət İqtisad Universitetində "Kommersiya və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Telekommunikasiya sahəsində 15 ildən artıqdır uğurlu təcrübəyə malikdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda İT üzrə mütəxəssis kimi işə başlayıb, müxtəlif şirkət və müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.
2019-2023-cü illərdə "Azerconnect" MMC-də strateji layihələrə rəhbərlik edib.
Bu təyinata qədər "FMG" şirkətində icraçı direktor və layihələr üzrə baş direktorun müşaviri vəzifələrini icra edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















