Tələsən sürücü gah sağdan ötdü, gah da ara işləyib təhlükə yaratdı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 25-də, paytaxtın İnşaatçılar prospektində qeydə alınıb.
Belə ki, 90-XY-510 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü öncə sağdan ötmə əməliyyatı edərək həm qayda pozub, həm də ötdüyü avtomobilin sürücüsünə təhlükə yaradıb.
O, bununla kifayətlənməyərək qarşıda daha da kobud qayda pozuntuları törətməyə başlayıb. Lev Landau küçəsinə çatan zaman sürücü tıxaca düşdüyü üçün sərt manevrlər edərək gah sağa, gah da sola yerdəyişmələr edib. Bu zaman digər sürücülərə təhlükəli anlar yaşadıb. Sonda yenidən ötmə qaydasını pozan sürücü yüksək sürətlə hərəkətinə davam edib.
Videogörüntünü qeydə alan sürücü normal hərəkət edərək həmin avtomobili Məmməd Rahim küçəsilə kəsişmədə ötüb keçib.
Biz hər zaman qeyd etmişik və bu videoda bir daha təsdiq təsdiqini tapır ki, tələsmək sürücüyə vaxt qazandırmır. Əksinə həm təhlükə ilə üz-üzə qoyur, həm də sürücünün məsuliyyətə cəlb edilməsi ilə nəticələnir.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















