Icma.az
close
up
RU
Tələskənliyin ağır bədəli: Keçidin altında qatar vurdu AÇIQLAMA

Tələskənliyin ağır bədəli: Keçidin altında qatar vurdu AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıdan Sumqayıt istiqamətinə gedən sürət qatarının yolu piyada üçün son mənzilə çevrilib. Hadisə birbaşa yerüstü piyada keçidinin altında qeydə alınıb və piyada aldığı ağır xəsarətlər nəticəsində elə relslərin üzərindəcə həyatını itirib. Bu hadisə həm təhlükəsizlik tədbirlərini, həm də qəza zamanı məsuliyyətin kimin üzərinə düşməsi ilə bağlı ciddi sualları yenidən gündəmə gətirib.
Demokrat.az xəbər verir ki, hadisənin şahidi olan sakinlərin sözlərinə görə ərazidə qoruyucu çəpərlər mütəmadi olaraq bərpa edilsə də, bəzi vətəndaşlar qanunsuz yollar açmaq üçün onları qəsdən sıradan çıxarır. Sakinlərdən biri qəzanın təfərrüatını belə təsvir edir: "Qatarın siqnal səsinə çölə çıxdım, artıq hər şey baş vermişdi. Burada yerüstü keçid olsa da, bir çoxları ondan istifadə etmir. Keçid bir qədər hündürdür, yaşlılar və bəzi gənclər pilləkənləri qalxmaq istəməyib birbaşa relslərin üzərindən keçməyə üstünlük verirlər".
Bu cür qəzalarda sürücünün, yoxsa qaydaları pozan piyadanın günahkar olması məsələsi isə hüquqi müstəvidə fərqli yanaşmalar tələb edir. Hüquqşünas Vamiq Şükürov qeyd edir ki, hər bir hadisə fərdi qaydada və detallı araşdırılmalıdır. Ekspertin fikrincə, ilk növbədə sürət həddi və səs siqnallarından vaxtında istifadə olunub-olunmaması yoxlanılır: “Yalnız qaydaların pozulması faktı təsdiqlənirsə, hadisə ilə həmin pozuntu arasında səbəb-nəticə əlaqəsi müəyyən edilir. Əgər qəza ölüm ilə nəticələnibsə və bu birbaşa qaydanın pozulması ilə əlaqəlidirsə, o zaman cinayət məsuliyyətinin tətbiqi gündəmə gəlir”.
Lakin hadisənin piyada keçidinin düz altında baş verməsi və piyadanın qanunsuz yolla relslərə daxil olması faktı istintaqın gedişatına birbaşa təsir edən amillərdir. Reallıq budur ki, bir neçə dəqiqə vaxta qənaət etmək və ya pilləkən qalxmamaq istəyi çox vaxt geri dönüşü olmayan faciələrlə bitir. Aidiyyəti qurumlar çəpərləri nə qədər bərpa etsə də, vətəndaş məsuliyyəti və təhlükəsizlik mədəniyyəti formalaşmadıqca qatarların yolundakı bu qara xəbərlərin ardı kəsilməyəcək kimi görünür.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri