Televizoru söndürün, münasibətinizi gücləndirin: Ən xoşbəxt cütlüklərin 5 axşam vərdişi
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İşdən sonra evə gəlib yemək yemək və televizor qarşısında saatlarla film izləmək bir çox cütlüyün standart axşam rutinidir. Lakin psixoloqlar xəbərdarlıq edir: bu rutin sizi bir-birinizdən uzaqlaşdıra bilər. Münasibətini illərlə canlı və möhkəm saxlamağı bacaran cütlüklərin isə televizoru söndürüb etdikləri 5 sadə və effektiv vərdişi var:
Milli.Az xəbər verir ki, televizor qarşısında keçən bir saatı gəzintiyə dəyişmək həm fiziki sağlamlığınız, həm də mənəvi bağınız üçün bir dərmandır. Ekranların yaratdığı diqqət yayındırıcı təsirlərdən uzaq, sadəcə bir-birinizə fokuslanaraq etdiyiniz söhbətlər münasibətdəki gərginliyi azaldır.
Yemək bişirməyi bir vəzifə olmaqdan çıxarıb, əyləncəli bir fəaliyyətə çevirin. Xüsusilə yeni və maraqlı reseptləri bir yerdə hazırlamaq aranızdakı etimadı və əməkdaşlığı gücləndirir. Bu proses zamanı daim ünsiyyətdə olmaq aranızdakı bağı daha da dərinləşdirir.
Kart oyunları, stolüstü oyunlar və ya pazl - əsas odur ki, birlikdə gülə biləsiniz. Oyun oynayarkən ortaya çıxan zarafatlar, şirin rəqabət və əyləncə, münasibətlərin rutinləşməsinin qarşısını alan ən yaxşı "dərman"dır.
Rəqs - hərəkət, ritm və fiziksel yaxınlığın ən gözəl vəhdətidir. Birlikdə rəqs etmək cütlüklərə gündəlik qayğıları unudub yenidən bir-birinə "flört" etməyə imkan yaradır. Tədqiqatlar göstərir ki, rəqs edən cütlüklər münasibətdən daha çox məmnunluq duyurlar.
Rəsm çəkmək, əl işləri və ya sadə bir hobbi ilə məşğul olmaq... Məqsəd mükəmməl bir əsər ortaya çıxarmaq deyil, birlikdə bir şeylər yaratmağın həzzini yaşamaqdır. Yaradıcı fəaliyyətlər şəxsiyyətinizin fərqli və maraqlı tərəflərini bir-birinizə göstərməyə kömək edir.
Xoşbəxtliyin sirri hər axşam böyük planlar qurmaqda deyil, birlikdə keçirdiyiniz vaxtı daha mənalı və interaktiv hala gətirməkdədir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 İyun 2026 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















