Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

Azərbaycanda da güclü zəlzələ gözlənilir? AÇIQLAMA

“Təlimdə uşaqların öyrənməyə marağını artıran müasir yanaşmalar vacib amildir”

“Təlimdə uşaqların öyrənməyə marağını artıran müasir yanaşmalar vacib amildir”

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Uşaqlarda bacarıqların formalaşmasında 1-6 yaşlar arasındakı dövr təməl xarakteri daşıdığı üçün xüsusi bilik və diqqət tələb edir. Pedaqogika və psixologiya elmlərinə əsaslanaraq düzgün təşkil olunmuş öyrənmə prosesi uşaqların hərtərəfli, harmonik inkişafı üçün vacibdir. Öyrənmə prosesində istifadə olunan iş üsulları elmi cəhətdən düzgün seçilməli və didaktik prinsiplər əsasında tətbiq olunmalıdır. Tədqiqatların nəticələri təsdiq edir ki, öyrənmə prosesinə uşaqyönümlü yanaşma uşağın hərtərəfli inkişafı, şəxsiyyət kimi formalaşması üçün xüsusi əhəmiyyət daşıyır. Çünki fərdin özünü və ətrafı dərk etməsi ona təqdim olunan mühit və şəraitin uşağın ehtiyacına uyğun qurulmasından asılıdır. Tərbiyəçi-müəllim təhsilalanını tanımırsa, onun ehtiyaclarını müəyyən edə və ona lazımi mühiti, şəraiti yarada bilməyəcək. Məktəbəqədər təhsil səviyyəsində öyrənmə prosesində uşağın həvəsli və aktiv iştirakını təşkil etmə strategiyasının düzgünqurulması yollarını müəyyənləşdirmək, iş üsullarının təlim prosesinə, uşaq inkişafına təsirini təhlil etmək, effektiv öyrənmə prosesinin praktiki tətbiq imkanlarını araşdırmaq önəmlidir.

Metodist Səbinə Rəhimovanın fikrincə, uşaqların yaş xüsusiyyətləri və inkişaf dinamikası nəzərə alınmaqla, interaktiv təlim üsullarının tətbiqi imkanları elmi əsaslarla təhlil olunur. Təlimin keyfiyyətini və uşaqlarda öyrənməyə marağı artıran müasir yanaşmaların tətbiqi vacib amildir: “Müasir təlim mühitində uşaqların öyrənmə prosesinə aktiv cəlb olunması, onların yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Bununla belə, bir çox təhsil müəssisələrində ənənəvi tədris metodlarına üstünlük verilir, bu da uşaqların passiv iştirakına, motivasiya əskikliyinə və məhdud inkişaf imkanlarına səbəb olur. Təlimdə istifadə olunan iş üsullarının düzgün seçilməsi və tətbiqi tədrisin keyfiyyətinə bilavasitə təsir göstərir. Bu mövzu təlimin səmərəliliyinin artırılması və uşaqların öyrənmə prosesində fəallığının təmin olunması baxımından vacibdir. Müxtəlif iş üsullarının məqsədyönlü və yaradıcı şəkildə təşkili uşaqların öyrənməyə olan marağını artırır, onların tənqidi düşünmə, ünsiyyət və əməkdaşlıq bacarıqlarını gücləndirir. Xüsusilə uşaqların çox sevdiyi oyundan istifadə təlimin effektivliyini artırır və hərtərəfli inkişafı stimullaşdırır. Təlim üsullarının imkanlarını dəyərləndirib, uşaqların fərdi xüsusiyyətləri, ehtiyacları və maraqları əsasında təlim məqsədinə uyğun seçilmiş iş üsulları öyrənməni hər uşaq üçün əlçatan edir”.

Onun sözlərinə görə, müasir dövrdə 3-6 yaş arası uşaqları öyrənmə prosesinə cəlb etmək bir sıra səbəblərə görə daha çətin ola bilər. Bu yaş dövrü psixoloji, sosial və texnoloji dəyişikliklərin təsiri altında formalaşır və təlim-tərbiyə yanaşmalarının da uyğunlaşdırılmasını tələb edir. Bu səbəbləri araşdırdıqda uşaqların həvəslə öyrənmə prosesində iştirakını təşkil etmək üçün müxtəlif təlim üsullarının harda necə işə yarayacağını müəyyən edə bilirsən: “Müasir uşaqlar tez-tez vizual və texnoloji stimullara məruz qalır, bu da onların diqqətini uzun müddət cəmləməsini çətinləşdirir. Planşet, telefon və televizor kimi cihazlar erkən yaşda uşaqların passiv öyrənmə vərdişlərini formalaşdırır, bu da aktiv və iştirakçı təlimə mane ola bilər. Uşaqlar çoxlu məlumatla qarşılaşır, lakin bu məlumatların emalı və mənimsənilməsi üçün kifayət qədər zaman və strukturlaşdırılmış mühit olmaya bilər. Virtual ünsiyyət real sosial əlaqələrin yerini aldıqda, uşaqların komanda işi və empati kimi bacarıqları zəifləyə bilər. Hər bir uşağın inkişaf tempi və maraqları fərqlidir. Bu yaşda aparıcı fəaliyyət oyun olsa da, hər uşağın oyuna yanaşması və öyrənmə tərzi fərqli ola bilər. Müasir nəslin öyrənmə prosesinə cəlb edilməsi üçün daha yaradıcı, fərdi yanaşmalar, texnologiyanın balanslı istifadəsi və sosial-emosional inkişafı dəstəkləyən metodlar tələb olunur: “1-3 yaşlı uşaqlarla iş zamanı oyun iş üsulundan istifadə edilə bilər - süjetli-rollu oyunlar, hərəkətli, didaktik oyunlar. Oyun iş üsulu bütün yaş dövrləri üçün effektivdir. 3-6 yaşlı uşaqlarla iş zamanı geniş imkanları olan əqli hücum, tap-tapmaca, nağıletmə, müzakirə, şaxələndirmə (klaster), problemli vəziyyət, oyunlar, suallar, söz assosiasiyası kimi təlim üsullarından istifadə edildikdə müsbət nəticələr əldə etmək mümkündür”.

Metodist qeyd edib ki, erkən yaş dövründə (1-3 yaş) sökülüb-yığılan və hərəkətli oyuncaqlarla oyun ünsiyyətin qurulması, böyüklərin rəhbərliyi altında birgə fəaliyyət, özünəxidmət əməyi və məişət əşyaları ilə fəaliyyət; musiqinin, nağılın, şeirin, şəkillərin məzmununun qavranılması məqsədilə təşkil edilən fəaliyyət növləri ən effektiv sayılır. Bu dövrdə uşaqlarla müstəqil fəaliyyətin müxtəlif növlərinin təşkili zamanı oyun onların gümrah davranışını, emosional əhvali-ruhiyyəsini təmin edir. İkinci ilin əvvəlində oyuncaqlarla oyun və əyləncələr təşkil etmək vacibdir. Oyun üsulunda fəaliyyətlər zamanı oyuncaqlarla oyunların təşkili uşağın sensor və hərəki fəaliyyətini inkişaf etdirir, sevimli oyuncaqların hesabına əhatəsi genişləndirilir, oyun prosesində uşaqların lüğəti hərəkət və fəaliyyət bildirən sözlər hesabına zənginləşir: “Oyun vasitəsilə uşaqlar fikirlərini və başa düşdüklərini ifadə edirlər. Onlar problemlərin həlli, sosial oyunlar və ünsiyyət zamanı bacarıqlarını tətbiq edirlər. Oyun təcrübələri uşaqların kommunikativ, idraki, motor bacarıqlarının olmasından xəbər verir. Öz bacarıqlarından xəbərdar olan və oyunlarda axtarışı sevən uşaqlar hər hansı problemin həllini tapmaqda daha yaxşı nəticə göstərirlər. Bu istiqamətdə oyun fəaliyyətinin formalaşdırılması, fərdi oyunlardan birgə oyuna keçidin təmin olunması, emosional reaksiya üçün şəraitin təşkil edilməsi, oyunda iştirak etmək arzusunun yaradılması, müxtəlif oyun növlərinin mənimsənilməsinə yardım edilməsi, müxtəlif oyun növlərində oyuncaqların və digər əşyaların istifadə üsullarının öyrədilməsi vacibdir. 3-5 yaşlı uşaqlarda oyunda ətraf aləmin dərk edilməsi üçün uşağın şəxsi təcrübəsinin oyuna köçürülməsi imkanı, oyun məqsədlərinin qoyulması, oyun qaydalarını razılaşdırmaq və ona riayət etmək bacarıqlarının formalaşması uşağa məqsədyönlü mübarizə imkanlarının verilməsi; uşaq tərəfindən oyun rollarının yerinə yetirilməsi, müstəqil şəkildə qaydaların müəyyən olunması və riayət edilməsi önəmlidir. Hərəkət vəziyyətlərinin, insanların oyun və real qarşılıqlı fəaliyyət vəziyyətlərinin müqayisəsi; mövqelərin dəyişməsi ilə böyüklərin və uşaqların birgə oyununun təşkili, oyun fəaliyyətinin mənimsənilməsi, uşağın xoş əhvalının və özünü reallaşdırmasının dəstəklənməsi onun hərtərəfli inkişafına zəmin yaradır. Öz rolunu adlandırmaq, oyunçuların yerini, hadisələri sözlə ifadə etmək. Oyunda süjetin şərti hissəsinin “elə bil, sanki, guya ki” fəndindən istifadə edərək oynanılması. Əldə olan materiallardan istifadə edərək kostyumlar geyinmək, onlara detallar fikirləşmək. Oyun obrazının ifadəli çatdırılmasına çalışmaq. Səhnələşdirilmiş tamaşalarda sərbəst şəkildə və ya müəllimin köməyi ilə oyun səhnəsini təyin etmək, oyun şəraitini yaratmaq, öz hərəkətlərini digər “artistlər”in hərəkətləri ilə tutuşdurmaq uşaqlarda yaradıcı təfəkkürü, müşahidə etmə, diqqət etmə bacarıqlarını inkişaf etdirir. Rejissor oyunlarında uşaqlar müxtəlif personajlar adından danışır və hərəkət edir, oyuncaqların hərəkətini ifadələr ilə uyğunlaşdırır. Oyun obrazına görə danışmaq, mahnı oxumaq, şeir demək kimi fəaliyyətlər təşkil edirlər. İmitasiya-oyunlarında oyun obrazlarını ifadəli təsvir edir, onlara xas olan hərəkətləri imitasiya edir, mimika və jestlərdə müxtəlif emosional vəziyyətləri çatdırırlar. Məktəbəqədər yaşın sonunda uşaq təxəyyülündəki oyun süjetini yaradıcı cəhətdən inkişaf etdirməlidir, sözlə ifadə etməlidir. Məsələn: “Biz aya necə səyahət edə bilərik?” Yaradıcı oyun növü olaraq süjetli-rollu oyunlar - hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti görürlər. Tərbiyəçi-müəllim ilə birgə fəaliyyət göstərir, tanış süjetə yeni epizodlar qoşur, böyüklərın köməyi ilə öz oyunu üçün oyuncaqlar seçirlər. Tərbiyəçi müəllim suallar soruşmaq yolu ilə oyunu inkişaf etdirməyi bacarır. Təlim prosesinə belə oyun elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını genişləndirir”.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Oktyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see261

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see198

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see184

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see168

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see144

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see134

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see133

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see129

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see122

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

28 Oktyabr 2025 11:46see121

Azərbaycanda da güclü zəlzələ gözlənilir? AÇIQLAMA

28 Oktyabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri