Telli Borçalının qardaşının ölümünün təfərrüatı: Həkimi nə deyibmiş?
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Atatürk Mərkəzində keçirilən tədbirdəki ifasından cəmi üç dəqiqə sonra ürək çatışmazlığından dünyasını dəyişən məşhur aşıq Ataxan Qurbanovun vəfatı ilə əlaqədar bəzi təfərrüat üzə çıxıb.
Oxu.Az-ın Moderator.az-a istinadla verdiyi məlumata görə, aşıq Zülfiyyə İbadova həmkarını xatırlayaraq, Ataxanın çox qiymətli bir insan olduğunu vurğulayıb:
"O, həyat eşqi ilə dolu bir şəxsiyyət idi. Bu gün onun dəfn mərasimində iştirak etdim. Telli xanımın halı çox pis idi. Məndən soruşurdu ki, "Zülfiyyə, sən bu qədər dərdə necə tab gətirirsən?" Qardaş itkisi həqiqətən də çox ağırdır. İnsan belə anlarda deməyə söz tapa bilmir. Atatürk Mərkəzində son çıxışını tamamlayıb və üç dəqiqədən sonra həyatla vidalaşıb. Bir neçə gün öncə ürək ağrısından şikayətlənmişdi. Həkim isə gələn həftə gəlməsini və angioqrafiya olunmasını məsləhət görmüşdü. Təəssüf ki, gələn həftəyə qədər ömür vəfa etmədi".
Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 12 Fevral 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















