Təmayül tədris modelinə keçidə görə məktəbdən kənarlaşdırıldılar VİDEO
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məktəb təmayül tədris modelinə keçir, 9-cu sinif şagirdləri isə məktəbdən kənarlaşdırılır...
AZXEBER.COM xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin valideynləri müraciət edib. Onlar iddia edirlər ki, övladları 9 illik ümumi orta təhsil səviyəsi üzrə keçirilən buraxılış imtahanından 100-dən aşağı bal toplayıblar. Məktəb təmayül tədris modelinə keçdiyinə görə, onlara övladlarını başqa məktəblərə yönləndiriləcəyi bildirilib.
Valideynlər iddia edirlər ki, övladlarının məktəbdən kənarlaşdırılması barədə məlumat onlara bir neçə gün əvvəl verilib.
Onlar bildirir ki, onlara gec xəbərdar edildikləri üçün qəsəbə daxilində məktəblərdə boş yer tapa bilmirlər. Peşə məktəblərinə qəbul müraciəti üçün isə gecikiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Sentyabr 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















